ƏMAS platformasında əla yenilik: işçilər xitam verilmiş əmək müqavilələri haqqında arayış əldə edə biləcəklər
ƏMAS alt sistemində işçilərin əvvəlki əmək fəaliyyəti barədə məlumatlara çıxışını asanlaşdıran yeni funksionallıq istifadəyə verilib. Artıq işçilər yalnız cari iş yerləri deyil, əmək müqaviləsinə xitam verilmiş əvvəlki iş yerləri haqqında da elektron arayış əldə edə biləcəklər.
Arayışı əldə etmək üçün istifadəçi şəxsi kabinetinə daxil olaraq ƏMAS bölməsində “İş yerinə dair arayış” altbölməsini seçməli, daha sonra “Əvvəlki iş yerinə dair arayış” variantını işarələməlidir.

Növbəti mərhələdə arayışın etibarlılıq müddəti və təyinatı, əlaqə məlumatları, arayışın təqdim ediləcəyi qurum və tələb olunan digər məlumatlar daxil edilir. Arayışın təyinatı kimi viza, kredit, ipoteka, məhkəməyə təqdim edilmə və digər məqsədlər göstərilə bilər.

Məlumatlar təsdiqləndikdən və “Arayışı yüklə” seçimi edildikdən sonra sistem elektron arayışı avtomatik olaraq formalaşdırır. Proses cari iş yerinə dair arayışın əldə edilməsi qaydasına bənzəyir.

Arayışda işçinin şəxsiyyət məlumatları ilə yanaşı, əvvəlki iş yerlərinin adları, tutduğu vəzifələr, əməkhaqqı, əmək müqavilələrinin bağlanma və xitam tarixləri, habelə müqavilələrin müddətli və ya müddətsiz olması barədə məlumatlar əks olunur. Arayışın təyinatı və etibarlılıq müddəti də sənəddə göstərilir.
Yeni funksionallıq işçilərə əvvəlki əmək fəaliyyəti barədə məlumatları əlavə müraciət etmədən birbaşa ƏMAS platformasından əldə etmək və müvafiq qurumlara təqdim etmək imkanı yaradır. Hesab edirik ki, bu dəyişiklik işçilərin vaxtına qənaət edən və zəruri məlumatların daha rahat, operativ şəkildə əldə olunmasını təmin edən müsbət yenilikdir.
BU HƏFTƏ YENİ TƏLİMƏ START VERİRİK!
Əmək münasibətlərində yoxlamalar və iş prosesində nəzərə alınacaq Konstitusiya Məhkəməsi və Ali Məhkəmə qərarları
Yoxlamalar zamanı sənədləşmə, inzibati cərimələr və göstərişlərin praktiki misallarla izahı!
3 dərs
19:00–21:00
Onlayn (ZOOM)
Qeydiyyat: 050 / 055 368 12 72
mksacademy2022@gmail.com
1024 SƏHİFƏLİ “ƏMƏYİN UÇOTU: A-DAN Z-YƏ” KİTABINI AL, HƏDİYYƏNİ ÖZÜN SEÇ!
“Əməyin uçotu: A-dan Z-yə” kitabını əldə edənlər üçün 7–21 oktyabr 2026-cı il tarixlərində xüsusi kampaniya!
Kitabı alan hər kəs iki təklifdən birini seçə bilər:
16 DƏRSDƏN İSTƏDİYİNİZ 1 DƏRS – HƏDİYYƏ!
Sentyabr ayında keçirilmiş, ümumilikdə 16 dərsdən ibarət olan 3 təlimdən istədiyiniz 1 dərsin videosunu seçin:
- ƏMAS Platforması: A-dan Z-yə” — 3 dərs
- “Əmək haqqı: A-dan Z-yə” — 6 dərs
- “Əmək qanunvericiliyi: A-dan Z-yə” — 7 dərs
Cəmi 16 dərs — seçim Sizindir!
VƏ YA 20 MANAT ENDİRİM!
Oktyabr ayında keçiriləcək təlimlərdən birində iştirak edin və 20 manat endirim əldə edin.
Kampaniya müddəti: 7–21 oktyabr 2026
Sifariş və ətraflı məlumat:
050 / 055 368-12-72
mksacademy2022@gmail.com
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
3. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
4. Əməyin uçotu: A-dan Z-yə - 2026
5. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
2. ƏMAS Platforması: A-dan Z-yə 2026
3. Vergi uçotu: A-dan Z-yə 2026
4. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
5. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın