YENI DƏYİŞİKLİK! Əməkhaqqı ödənişləri ƏMAS platforması üzərindən həyata keçiriləcək (3-cü yazı)
2027-ci ildən tətbiqi nəzərdə tutulan dəyişikliklərlə bağlı Əmək Məcəlləsinə yeni düzəlişlər paketi Milli Məclisdə müzakirə olunur. MKS.az olaraq Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər haqqında oxucularımıza ətraflı məlumat verməyə davam edirik.
MKS Academy tərəfindən 12 noyabr 2026-cı il tarixində saat 19:00-da onlayn formatda keçiriləcək “Əmək Məcəlləsində son dəyişikliklər: A-dan Z-yə” mövzusunda tematik təlimdə təklif edilən bütün dəyişikliklər praktiki misallar əsasında ətraflı izah olunacaq. Təlimdə iştirak etmək istəyən şəxslər 050 368-12-72 və ya 055 368-12-72 (WhatsApp vasitəsilə də) telefon nömrələri, yaxud mksacademy2022@gmail.com elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.
Əmək Məcəlləsinin 175-ci maddəsinə aşağıdakı məzmunda 7-ci hissənin əlavə edilməsi təklif olunur:
“7. Bu maddədə nəzərdə tutulmuş ödənişlərin işəgötürən tərəfindən işçinin əməkhaqqından tutulması, bu Məcəllənin 174-cü maddəsi nəzərə alınmaqla, elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”
Təklif edilən dəyişiklikdən göründüyü kimi, müvafiq müddəa qüvvəyə mindikdən sonra işəgötürənlər tərəfindən işçilərə əməkhaqqı üzrə ödənişlərin Əmək və Məşğulluq Altsistemi (ƏMAS) vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.
MKS.az olaraq əməkhaqqı ödənişlərinin elektronlaşdırılması ilə bağlı yenilikləri və onların praktik tətbiqini növbəti yazılarımızda ətraflı izah edəcəyik.
ƏMƏK MƏCƏLLƏSİNDƏ TƏKLİF EDİLƏN DƏYİŞİKLİKLƏR: A-DAN Z-YƏ
Praktiki misallarla tematik təlim!
Təlimdə müzakirə ediləcək əsas mövzular:
-
Saatlıq əməkhaqqının hesablanması və tətbiqi;
-
İstifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi;
-
Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi;
-
Əməkhaqqı ödənişlərinin elektronlaşdırılması;
-
Digər mühüm dəyişikliklərin praktiki misallarla izahı.
Tarix: 12 noyabr 2026-cı il
Saat: 19:00–21:00
Format: Onlayn (ZOOM)
XÜSUSİ ENDİRİM!
MKS Academy-nin kitablarını əldə edən və ya əvvəlki təlimlərimizdə iştirak etmiş daimi tərəfdaşlarımıza endirim tətbiq olunur.
DƏRSİN VİDEOYAZISINA DAİMİ GİRİŞ İMKANI!
Qeydiyyat və ətraflı məlumat:
050 368-12-72 / 055 368-12-72 (WhatsApp)
0 Komment
Şərh yazın