"Monitor Konsaltinq" jurnalının 31-ci sayı dərc olundu
"Monitor Konsaltinq" jurnalının 31-ci sayında aşağıdakı yazılar haqqında geniş məlumat ala bilərsiniz:
• “Peşə bayramı olmayan peşəkarlar” yazısında Azərbaycan mühasiblərinin peşə bayramı kimi hansı günü qeyd etməsi “MK” jurnalının və oxucuların fikirləri təqdim olunub;
• “İşçilərin motivasiyası: Ən böyük vasitə puldurmu?” yazısında rəhbər işçini komandamı motivasiya etmək üçün onlarla necə dialoq və söhbətlər aparmalı olduğu qeyd edilib;
• “Təhsil və futbol: “Bir əldə iki qarpız tutmaq” mümkündür?” yazısında valideynin oğlunun psixologiyasına ziyan vurmadan onu futboldan ayırmaq üçün onunla hansı formada danışması haqqında məlumat verilib;
• 10-a yaxın iqtisadi informasiya.
“Doğru cavab” rubrikasında
• Cərimə məbləğindən büdcəyə hansı vergilər ödənilir?;
• Əmlakın və torpağın varsa və fəaliyyətini dayandırmısansa, bəyannamə təqdim edilməlidir?;
• İxtisasartırmaya göndərilən işçi ilə hesablaşmalar necə aparılır?;
• Müvəqqəti alınmış əsas vəsaitə amortizasiya hesablanır?;
• Müəssisə ƏDV-dən azad olan və azad olmayan əməliyyat apararsa, bina tikintisi üçün ödənilmiş ƏDV-ni tam əvəzləşdirməlidir?;
• Sahibkarlıqla məşğul olan əcnəbi fərdi icazə almalıdır?
Hörmətli oxucular, "Monitor Konsaltinq" jurnalinin illik abunə haqqı 30 manatdir. Həmin qiymətə jurnalın 12 sayinin operativ surətdə çatdırılması da daxildir. Qeyd edək ki, jurnalın səyyar satışı həyata keçirilmir. Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 saylı telefonla və ya [email protected] email adressinə bildirməklə istəyinizi bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın