Vergilər Nazirliyindən hüquqi şəxslər üçün möhtəşəm elektron xidmət
Vergilər Nazırliyi “Kommersiya hüquqi şəxslərin e-qeydiyyatı” xidmətini təklif edir. Qeyd edək ki, bu xidmət Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının icrası ilə əlaqədar və ölkədə sahibkarlığın sürətlə inkişaf etdirilməsi, daha əlverişli biznes mühitinin formalaşdırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədilə tətbiq edilən “Fərdi sahibkarların e-qeydiyyatı”layihəsinin davamı olaraq hazırlanıb.
Bu sistemin imkanlarından istifadə etməklə Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri tərəfindən təsis edilən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı sürətli və adi qaydada aparılır. “Kommersiya hüquqi şəxslərin e-qeydiyyatı” ölkəmizdə elektron imzadan istifadə edilməklə vətəndaş cəmiyyətinə və biznes aləminə dövlət qurumları tərəfindən təqdim olunan ilk elektron xidmətdir.
0 Komment
Şərh yazın