Vergilər Nazirliyi bəyannamələrə, hesabatlara və arayış formalarına yeni dəyişiklik etdi

Vergilər Nazirliyi bəyannamələrə, hesabatlara və arayış formalarına yeni dəyişiklik etdi

Vergilər Nazirliyi bəyannamələrə, hesabatlara və arayışa vergi ödəyicilərinin şəhər və mobil telefon nömrələri barədə müvafiq xanalar əlavə edilməklə müvafiq dəyişikliklər edilmişdir:
“Mənfəət vergisinin bəyannaməsi”
“Gəlir vergisinin bəyannaməsi”
“Əlavə dəyər vergisinin bəyannaməsi”
“Sadələşdirilmiş verginin bəyannaməsi”
“Əmlak vergisinin bəyannaməsi”
"Yol vergisinin bəyannaməsi”
“Torpaq vergisinin bəyannaməsi”
“Aksiz bəyannaməsi”
“Mədən vergisinin bəyannaməsi”
“Mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”
“Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi”
“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”
“Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”
“Vergi öhdəliyinin yaranmaması barədə arayış”
“Dövlət rüsumunun tutulması haqqında hesabat”
“Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasında fərqdən dövlət büdcəsinə hesablanan yığım barədə hesabat”
Qeyd etmək istərdik ki, müvafiq dəyişiklik edilmiş bəyannamə, hesabat və arayış formaları vergi orqanları tərəfindən 01.02.2012-ci il tarixindən başlayaraq qəbul olunacaqdır.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər