Yunan eksperti auditlə bağlı Azərbaycan hökümətinə təklif verdi
Yunanıstanın tədqiqatlar və sertifikasiya bölməsinin rəisi Hariaos Mertzanis bildirib ki, daxili auditorlar institutunun yaradılması ilə bağı təklif Azərbaycan üçün yaxşı olar ki, daxili auditorlar institutu yaradılsın və bu institut daxili auditorlara treninqlər keçirə və sertifikatlar təqdim edə bilsin. “Auditorlar Palatası hökumət tərəfindən yaradılmış bir palatadır. Yaxşı olardı ki, həm özəl sektor, həm də dövlət təşkilatları üçün auditorlar komitəsi yaradılsın”. H.Mertzanisin sözlərinə görə, bazardakı inamı artırmaq üçün auditi inkişaf etdirmək lazımdır.
Daxili auditi hazırlamaq elə də asan deyil, bunun üçün həm vaxt, həm də resurs tələb olunur. “Azərbaycan daxili auditorların hazırlanmasında böyük irəliləyişlər edib. Lakin bununla kifayətlənmək olmaz. Avropanın üzləşdiyi böhranlar da bu sahədə olan inkişafın davamlı olmasının vacibliyini göstərdi”.
"Gün.az"
0 Komment
Şərh yazın