3 nəfər yol polisin "Yeni il" əməliyyatı Korrupsiya idarəsində araşdırılacaq

3 nəfər yol polisin "Yeni il" əməliyyatı Korrupsiya idarəsində araşdırılacaq

Yeni il bayramında Təhsil Nazirliyinin yaxınlığında 3 nəfər yol polisi əməkdaşı qarşılarına çıxan maşınların saxlayaraq rüşvət almasınin görüntüləri bəzi saytlarda yayımlanmışdı. Həmin hadisənin iştirikaçıları olan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları - Fəqan Əvəzov, Natiq Məmmədov və Emin Paşayev  Daxili İşlər nazirinin müvafiq əmri ilə xidməti vəzifələrinin icrası zamanı yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində qanunla nəzərdə tutulmuş inzibati tədbirlər görmədiklərinə görə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdi.
Artıq toplanmış sənədlər əməllərinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa verilib. Hazırda həmin materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılır.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər