Dövlət Neft Fondunun yeni binası necə milyon avroya başa gələcək?

Dövlət Neft Fondunun yeni binası necə milyon avroya başa gələcək?

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yeni ofis binasının tikintisi üçün baş podratçı şirkət müəyyənləşib.   Baş podratçı şirkətin müəyyənləşdirilməsi məqsədilə keçirilən müsabiqənin nəticəsinə əsasən, binanı 84.916 milyon avroya Belçikanın «N.V. Besix S.A.» şirkəti tikəcək. Artıq tərəflər arasında müvafiq satınalma müqaviləsi imzalanıb. «N.V. Besix S.A.» şirkəti xarici ölkələrdə hündürmərtəbəli ofis binalarının tikintisində böyük təcrübəyə malikdir. O,  1909-cu ildə Belçikada yaradılmış «BESIX Group»un törəmə şirkətidir. «BESIX Group» Avropa, Şimali və Mərkəzi Afrika və Asiya ölkələrində bir çox irimiqyaslı layihələr reallaşdırıb və hazırda 15 ölkədə 17 min işçi heyəti var. ARDNF-in yeni ofis binası Bakıda, Heydər Əliyev prospekti boyunca yaradılan yeni inzibati mərkəzdə tikiləcək.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər