2011-ci ildə ən çox hansı vergi dövlət büdcəsinə ödənilib?

2011-ci ildə ən çox hansı vergi dövlət büdcəsinə ödənilib?

2011-ci ilin yanvar-dekabr aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 milyard 475,1 milyon manat təşkil etmişdir. Vergi daxilolmalarının 39,0 faizi mənfəət vergisinin, 25,4 faizi əlavə dəyər vergisinin, 13,1 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,6 faizi aksizlərin, 14,9 faizi isə digər vergilərin payına düşür.

Qeyri neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 873,9 milyon manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 22  faiz çoxdur.

 

İl ərzində respublika üzrə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin ümumi sayı 67 376 olmuşdur. 2011-ci ilin iyul ayının 1-dən etibarən fiziki şəxslərin elektron qaydada qeydiyyatına başlanılmış, ilin sonunadək 10 075 nəfər bu xidmətdən istifadə edərək qeydiyyata alınmışdır. 1 yanvar 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 420 380 olmuşdur.

 

2011-ci il ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 88,5 faiz təşkil edir.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsi

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər