İşçinin ev kirayəsinə ödənilən məbləğ gəlirə aid edilməlidir yoxsa...?

İşçinin ev kirayəsinə ödənilən məbləğ gəlirə aid edilməlidir yoxsa...?

Sual: Təşkilat gəlirin əldə edilməsi ilə bağlı olaraq əmək fəaliyyəti üçün cəlb etdiyi işçini kirayə evlə təmin edib. Həmin evin icarəsi üçün təşkilat ayda 500 manat ödəyir. Təşkilatın bu xərci gəlirdən çıxılmalıdırmı?                 
Gülnarə Kərimova, Bakı
Cavab: Sualın cavabı Azərbaycan Respublikasının Vergi Məcələsindədir. Məcəllənin 109-cu maddəsi gəlirdən çıxılmayan xərclərdən bəhs edir.
109.3. Əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.
Buradan da dəqiq aydın olur ki, işçinin mənzil xərcləri (kirayədə yaşaması) həmin təşkilatın gəlirindən çıxılmır, sərəncamda qalan mənfəətdən silinir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər