“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Gürcüstanın reytinqini artırdı

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Gürcüstanın reytinqini artırdı

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Gürcüstanın xarici və milli valyutada uzunmüddətli reytinqini «B+» səviyyəsindən «BB» səviyyəsinə qədər yüksəldib.   Agentliyin məlumatında reytinq üzrə proqnozun «Stabil» səviyyəsində müəyyən edildiyi bildirilir. Agentliyin məlumatına əsasən, reytinqin yüksəldilməsi ölkənin güclü artım göstəriciləri, büdcə kəsiri və inflyasiyanın azaldılması istiqamətində irəliləyiş və valyuta ehtiyatlarının artması kimi amilləri əks etdirir. Qeyd edilir ki, 2011-ci ildə Gürcüstanda büdcə kəsirinin ÜDM-ə nisbəti 6,6%-dən (2010-cu il) 3,7%-dək endirilib, 2012-ci ilin büdcəsində isə bu göstərici 3,6% səviyyəsində nəzərdə tutulur. Agentlik həmçinin Gürcüstanın dövlət borcunun 2012-2013-cü illərdə azalacağını, ÜDM-in 5,5%-lik artım tempi nümayiş etdirəcəyini gözləyir və bunun əsas səbəblərini həyata keçirilmiş struktur islahatların artıq fayda verməyə başlaması və Gürcüstanın regionda tranzit ölkə rolu ilə əlaqələndirir.
Eyni zamanda Agentlik risk əlamətləri kimi ölkə iqtisadiyyatında dollarlaşma səviyyəsinin yüksək olmasını və siyasi baxımından qeyri-stabil regionda yerləşməsini bildirir (APA).

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər