Minimum Əmək haqqının artırıldıqdan sonra Vahid Tarif Cədvəlinin vəziyyəti

Minimum Əmək haqqının artırıldıqdan sonra Vahid Tarif Cədvəlinin vəziyyəti

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları tənzimlənib. Qeyd edək ki, bu tənizmlənmə Nazirlər Kabinetinin 203 saylı qərarında nəzərdə tutulub. Prezident İlham Əliyev dekabrda sosial təminat, kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma, elm və elmi-tədqiqat müəssisələrinin (Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olanlar istisna olmaqla) səhiyyə, təhsil (ali məktəblər

istisna olmaqla) sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında bir sıra fərmanlar imzalayıb. Həmin fərmanlara görə, 2011-ci il dekabrın 1-dən yuxarıda göstərilən müəssisələrin işçilərinin əməkhaqları 10 faiz artırılıb.

 

Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin

Vahid Tarif Cədvəli

Əməyin ödənilməsi dərəcələri

Aylıq tarif (vəzifə) maaşı (manatla)

1 93,5

98

3 103

4 108

5 113

6 118

7 123

8 128

9 133

10 138

11 143

12 150

13 162

14 174

15 188

16 220

17 303

18 382

19 644

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsinin

Vahid Tarif Cədvəli

Əməyin ödənilməsi dərəcələri

Aylıq tarif (vəzifə) maaşı (manatla)

1 120

2 125

3 130

4 135

5 140

6 145

7 150

8 160

9 170

10 180

11 190

12 200

13 210

14 230

15 250

16 290

17 370

18 450

19 680

Bir müddət əvvəl Azərbaycan Maliyyə Nazirliyindən verilən məlumata görə, ölkə Prezidentinin son fərmanlarına əsasən, əməkhaqlarının artırılması büdcə təşkilatlarının 667,9 min işçisini əhatəedəcək. “Əməkhaqqının 10 faiz artımının ödənilməsinə 2011-ci ildə 12,9 milyon manat həcmində əlavə vəsait yönəldiləcək. Əməkhaqqı artımının maliyyələşdirilməsi məqsədilə 2012-ci ildə dövlət büdcəsindən əlavə 154,7 milyon manat ayrılacaq”, - nazirlikdən məlumat verilib.

1 Komment

  1. Qalib 21 Yanvar 2022

    Men samux merkezi xestexanasında destek şöbesinin müdiri vezifesinde işleyirem bilmek isteyirem menim derecem nece olmalıdır

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər