Vergilər Naziri Fazil Məmmədov vergi dərəcələrinin aşağı salınması təklifinə sərt reaksiya verdi

Vergilər Naziri Fazil Məmmədov vergi dərəcələrinin aşağı salınması təklifinə sərt reaksiya verdi

Milli Məclisdə 2012-ci ilin büdcə müzakirələri ilə bağlı çıxış edən Vergilər Naziri Fazil Məmmədov vergi dərəcələrinin aşağı salınması ilə bağlı irəli sürülən təkliflərə də münasibət bildirib: “Bəzi qonşu dövlətlərdən müqayisələr gətirilir. Müqayisələr həddən artıq yersizdir. Deputatlardan biri hətta Ermənistanla yersiz müqayisə apardı. Azərbaycanın iqtisadi siyasətinin əsası olan vergi siyasəti Azərbaycanın müstəqil həyata keçirdiyi siyasətdir.

Azərbaycanın forpost olan ölkələrlə müqayisəsini etikaya uyğun hesab etmirəm. Vergi yükünün az olması ilə o ölkələrə hansı investisiyalar qoyulub? Ölkədə ilk növbədə sabitlik lazımdır. Milli Məclisdə əlavə dəyər vergisinin azaldılmasından danışıldı. Qonşu ölkələrdə əlavə dəyər vergisi də yüksəkdir”.
Vergilər Naziri hesab edir ki, Azərbaycanda böyük vergi yükü yoxdur: “Azərbaycan azad iqtisadi zona deyil. Azərbaycan hələ xaricə də kreditlər verir, bizdə vergi yükü stabildir. Məsələn, Almaniyada 44, Böyük Britaniyada 37, İspaniyada 35, Fransada 45. Lüksemburqda 41, Hollandiyada 38 faiz vergi yükü var. Azərbaycanda sosial ayırmalarla 21,5, ayrıca isə 17 ,5 faiz civarındadır. Hansı yüksək vergi yükündən danışmaq olar? Azərbaycanda sahibkarlıq üçün bütün şərait yaradılıb. 9 ayın yekunlarına görə Azərbaycana 9 milyard dollara yaxın investisiya qoyulub. Bu, çox düzgün vergi və maliyyə siyasəti aparıldığını göstərir. Azərbaycanın vergi yükünə görə 92-ci yerdə olduğu düzdür. Amma bizdən qabaq olan ölkələr inkişaf etməmiş, bizdən sonra olan ölkələr inkişaf etmiş ölkələrdir. Biz sivil dünyanın təcrübəsini əsas götürürük, populist məsələlər əsasında yox. Dünya İqtisadi Forumunun hesabatına görə Azərbaycan 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında 1-ci yerə yüksəlib. Dünən haqqında danışılan Gürcüstan 91-ci yerdədir”.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər