Vergilər Nazirliyindən elektron xidmət sahəsində daha bir yenilik!!!

Vergilər Nazirliyindən elektron xidmət sahəsində daha bir yenilik!!!

Vergilər Nazirliyi “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Metodiki Göstəriş”inə dəyişikliklər edib. Dəyişikliklərə əsasən NKA-nın qeydiyyata alınması barədə ərizə vergi orqanına elektron formada təqdim edilə bilər. Elektron formada ərizə həm vergi ödəyicisi tərəfindən, həm də müqavilə əsasında vəkil olunmuş Servis Texniki Xidmət Mərkəzi (bundan sonra STXM) tərəfindən göndərilə bilər. Daha konkret desək, vergi ödəyicisi qeydiyyat ərizəsini elektron formada göndərmək üçün öz istifadəçi adı, şifrə və parolu ilə İnternet Vergi İdarəsi portalına daxil olur və "Onlayn" kargüzarlıq bölümündə “Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə” formasının qeydiyyata alınmaya aid müvafiq xanalarını doldurur.

Ərizəyə aşağıdakı sənədlər elektron formada əlavə edilir (PDF fayl şəklində:

STXM-in NKA-nın quraşdırılması barədə aktı;

Ərizənin təqdim olunma tarixinə NKA-nın fiskal yaddaşının göstəricisini əks etdirən çek;

Nəzarət-kassa aparatında quraşdırılmış elektron məsafədən ötürmə qurğusu və ya elektron nəzarət lenti barədə STXM-in aktı. Həmin akta istifadədə olan nəzarət-kassa aparatının fiskal yaddaşı dəyişdirildikdən və yeni fiskal yaddaşın hesabatı alındıqdan sonra nümunə kimi 10 qəpiyə qədər məbləğdə NKA-ya mədaxil edilmiş dövriyyə barədə “Z” hesabatının surəti əlavə olunmalıdır. NKA-nın çekində Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq nəzərdə tutulmuş məlumatlar əks etdirilməlidir. NKA-nın qeydiyyat ərizəsinin STXM tərəfindən vergi orqanına elektron formada göndərilməsi üçün vergi ödəyicisi NKA-nın quraşdırılması barədə aktı tərtib edən STXM-ə müraciət edir və onunla müqavilə bağlayır.

Onu da qeyd edək ki, bu prosesin əksi zamanı da, prosedur qaydalarında müvafiq olaraq dəyişikliklər edilmişdir. Belə ki, NKA-nın qeydiyyatdan çıxarılması barədə ərizə vergi orqanına elektron formada həm vergi ödəyicisi tərəfindən, həm də STXM tərəfindən göndərilə bilər.

NKA-nın qeydiyyatdan çıxma ərizəsinin vergi ödəyicisi tərəfindən vergi orqanına elektron formada göndərilməsi üçün ödəyici öz istifadəçi adı, şifrə və parolu ilə İnternet Vergi İdarəsi portalına daxil olur və "Onlayn" kargüzarlıq bölümündə “Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə” formasının qeydiyyatdan çıxmaya aid müvafiq xanalarını doldurur.

Ərizəyə elektron formada (PDF şəklində) aşağıdakı sənədlər əlavə edilir.

STXM-in plombun zədələnməməsi barədə aktı (STXM-in bu aktında fiskal yaddaşın göstəricisi əks etdirilməlidir);

EMQ-nin və ya ENL-nin işlək vəziyyətdə olmasını təsdiq edən akt;

NKA-nın fiskal yaddaşının göstəricisi əks olunmuş çek.

NKA-nın qeydiyyatdan çıxma ərizəsinin STXM tərəfindən vergi orqanına elektron formada göndərilməsi üçün vergi ödəyicisi müqavilə bağladığı STXM-ə müraciət edir və “NKA-ya texniki xidmət kitabı”, “NKA-nın işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”, Qeydiyyat vərəqəsi, texniki pasport həmin STXM-ə verilir.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər