
“Monitor Konsaltinq” jurnalının 29-cu sayı dərc olundu

- “43 milyard manatımız ola-ola niyə 10-12 faizə xaricdən kredit götürməliyik?” yazısında millət vəkili Vahid Əhmədov “MK”-ya batmış əmanətlərdən, sosial ipotekadan, diferensial vergilərdən və sosial ayırmalardan danışıb:
Gələn il inflyasiya proqnoz veriləndən çox olacaq;
İpoteka kreditlərinə görə dövlətin iqtisadi böhran keçirə biləcəyi ehtimalı xülyadır;
Batmış əmanətlər 2-nin 1-ə nisbəti ilə qaytarılmalıdır;
2-3 ildən bir vergi dərəcəsinin 2-3 faiz aşağı salmaqla nə qazanırıq?;
Prezident təklif etdi ki, ehtiyat pullardan banklara verilsin;
“Sosial ayırmalar yüksək olduğundan çıxış yolunu ikili mühasibatlıqda görürlər”
- “Minimum əməkhaqqının artırılmasının təsirləri” yazısında artımla bağlı mühasiblər nələrə diqqət yetirməli olduqları haqqında məlumat verilib;
- “Vergilərin aşağı salınması baş tutmadı” yazısında vergilər naziri cənab Fazil Məmmədovun parlamentdəki çıxışı haqqında məlumat verilib;
- “Kimə niyyət, kimə qismət” yazısında Tarif Şurasının son qərarları haqqında məlumat verilib;
- 20-ə yaxın iqtisadi informasiya.
0 Komment
Şərh yazın