Vergilər Naziri MÜHASİB peşəsinin əhəmiyyətinin itməsindən danışıb

Vergilər Naziri MÜHASİB peşəsinin əhəmiyyətinin itməsindən danışıb

"Mən buradan bütün maddi məsul şəxsləri xəbərdar etmək istəyirəm – nə qədər gec deyil bu işi özünüz dayandırın"
 
Vergilər Naziri Mikayıl Cabbarov fevralın 13-də Vergilər Nazirliyi təşkilatçılığı ilə keçirilən “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda Konfransda çıxışı zamanı mühasibləri də diqqətdən kənara qoymayıb:" Təəssüf hissi ilə qeyd etməliyəm ki, son illərdə vergi orqanları iqtisadi subyektlərinin böyüməsinin və inkişafının əsasını təşkil edən maliyyə və vergi uçotunun dürüstlüyünə və keyfiyyətinə cavabdeh olan bu peşənin nümayəndələri ilə əməkdaşlığa kifayət qədər diqqət yetirmirdilər. Əksinə olaraq, uçot və hesabat prinsiplərinin pozulması ilə nəticələnən total vergitutma siyasəti biznesin fəaliyyətində mühasib peşəsinin əhəmiyyətinin tədricən itirilməsinə və bununla uçot sisteminin müşahidə olunan deqradasiyasına gətirib çıxarmışdır ki, hansının ki həm dövlətin, həm də biznesin maraqları üçün bugün bərpası zəruridir. 
Bulanıq su yalnız o şəxslərə sərfəlidir ki, kim dövlət və ya biznes hesabına qanunsuz gəlir əldə etmək istəyir. Şəffaflıq və informasiyanın açıqlığı qanunvericilik çərçivəsində ədalətli vergitutmanı təmin edir. Hər bir insan səhv edə bilər. Vergi hesabatını dolduran istənilən mühasib də səhv edə bilər. Lakin, saxta məlumatları bilərəkdən vergi hesabatına daxil edən mühasib illər keçdikcə də bilməlidir ki, o maddi məsul şəxs kimi törədilmiş cinayətin həmiştirakçısıdır.
Mən buradan bütün maddi məsul şəxsləri xəbərdar etmək istəyirəm – nə qədər gec deyil bu işi özünüz dayandırın, çünki onu biz dayandırmalı olsaq qanunun tam ciddiliyi ilə hərəkət etməli olacağıq."

0 Komment

    Şərh yazın

    Xəbərlər