DIQQƏT! BANKLAR işsizlikdən sığorta ilə bağlı ödəniş tapşırıqlarını QƏBUL ETMİR

DIQQƏT! BANKLAR işsizlikdən sığorta ilə bağlı ödəniş tapşırıqlarını QƏBUL ETMİR

Səbəb olaraq Mərkəzi Bankın əməliyyat sistemindəki məhdudiyyəti göstərirlər

Məşhur və faydalı qrup olan "Mühasibat uçotu və vergilər" qrupunda həmkrarımız Nicat Şirinli bildirib ki, işsizlikdən sığorta haqqı ilə ödəniş tapşırığını bank icra etməyib.

Səbəb olaraq bildirib ki, Mərkəzi Bankda belə təsnifat kodu olmadığına görə ödəniş həyata keçirmək mümkün olmayıb. Qeyd edək ki, digər həmkarlar da bu cür halla rastlaşdıqlarını bildiriblər.

Qeyd edək ki,bir müddət əvvəl saytımızdan gedən  "Film kimi.. İşsizlikdən sığorta haqqının təsnifatı kodu" yazımızda bildirmişdik ki,  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin  149 saylı, 06 oktyabr 2004-cü il tarixli  “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə”qərarında işsizlikdən sığorta haqqı ilə bağlı olan büdcə tənsifatında yeni büdcə tənsifatı kodları hələ də əlavə edilməyib. 

Nicat müəllim işsizlikdən sığorta haqqı ilə bağlı ödəniş tapşırığın ləğv olunması haqqında bankın məlumatının əks edən fotonu da paylaşıb... 

0 Komment

    Şərh yazın

    Xəbərlər