Vergi ödənişi zamanı büdcə təsnifat kodunun səhv yazılması

Vergi ödənişi zamanı büdcə təsnifat kodunun səhv yazılması

Bu hal şəxsi hesab vərəqəsinə necə təsir edir?
 
Sual: Mən vergi borcumu 114329 (Digər fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi) koduna ödəməkdən, 111111 (Muzdlu işlə əlaqədar əldə edilən gəlirlərdən gəlir vergisi) koduna ödəmişəm. Bunu necə düzəldə bilərəm? Ödədiyim məbləği 111111 kodundan 114329 koduna qaytara bilərəm? 
Lətifli Elvin Asif, [email protected] (08.02.2018)
 
Cavab: Bildiririk ki, ödəniş aparılan zaman büdcə təsnifat kodu səhv göstərildikdə vergi orqanı vergi ödəyicisinin mükəlləfiyyətini uyğun olaraq müvafiq düzəlişlər apamaqla həmin məbləği şəxsi hesab vərəqəsinə işlədikdə hər hansı problem yaranmır.
Bununla belə, təsnifat kodu düzgün göstərilmədikdə bu barədə rəsmi formada vergi orqanına məlumat göndərə bilərsiniz.
 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər