Ezamiyyə hesablanması ilə bağlı BÜTÜN HALLARIN İZAHI

Ezamiyyə hesablanması ilə bağlı BÜTÜN HALLARIN İZAHI

Sənəd təqdim edəndə vəya etməyəndə xərclər necə hesablanır?

Sual: Ezamiyyə haqqı ilə bağlı sual vermək istəyirəm. İşçimiz 5 günlük ezamiyyəyə gedib. 3 gün Şəki şəhərində və qalan 2 gün (1 gecə) olmaqla Gəncədə olub. Şəki şəhərində 2 gecə qalsa da,  yalnız 1 günün gecələmək qəbzini təqdim edib. Həmin qəbz 40 manatlıqdır. Zəhmət olmasa,  izah edərdiniz ki,  işçiyə nə qədər ezamiyyə  haqqı ödənilməlidir?
Öncədən təşəkkür edirəm.


Cavab: Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli «Ezamiyyə xərclərinin normaları haqqında» qərarı var. Həmin qərarda yazılıb:
1. Azərbaycan Respublikası­nın ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 65,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 45,0 manat müəyyən edilsin.
Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir.

1-1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir.
Qaydalardan da tam aydın olur ki, ezamiyyəyə gedən Şəki şəhərində 3 gün olubsa, deməli, bir gün üçün 45 manat və 2 gün Gəncədə olduğuna görə isə hər gün üçün 50 manatdan ödənilməlidir. Bundan əlavə yeni qaydalara görə, mehmanxana xərclərinə sənəd tələb olunur və bu xərc gündəlik normanın 80%-ni təşkil edir. Şəkidə 45 manat * 80% = 36 manat, Gəncədə isə 50 manat * 80% = 40 manat mehmanxana xərci yaranır və bu məbləğlərə sənəd tələb olunur. Əgər sənəd təqdim olunmazsa, onda həmin məbləğlərin 50%-i ödənilməlidir. Bu halda Şəki üçün 36 manat * 50% = 18 manat, Gəncə üçün isə 40 manat * 50% = 20 manat mehmanxana xərci ödənilir.
Sizin təqdim etdiyiniz məlumatdan görünür ki, ezamiyyəyə gedən şəxs ancaq Şəki şəhərində olanda 1 günün mexmana xərcinin sənədəini təqdim edib və sənəd 36 manatlıq yox, 40 manatlıqdır. Belə olan halda ezamiyyə xərcləri aşağıdakı kimi olacaq:
Şəkidə  3 gün * (45 manat – 36 manat) = 3*9 = 27 manat (yemək xərci)
1 gün * (36 manat* 50%) = 1* 18 = 18 manat (sənədsiz günün mehmanxana xərci)
1 gün  * 36 manat= 36 manat (sənədi olan günün mehmanxana xərci)
CƏMİ: 27  manat + 18 manat + 36 manat = 81 manat
Gəncədə  2 gün * (50 manat – 40 manat) = 2*10 = 20 manat (yemək xərci)
1 gün * (40 manat* 50%) = 20 manat (sənədsiz günün mehmanxana xərci)      
CƏMİ: 20  manat + 20 manat = 40 manat
Ezamiyyə xərclərinin YEKUNU:  81 manat + 40 manat = 121 manat
Əlavə olaraq bildirim ki, Şəkidə təqdim olunan sənədəki məbləğlə mehmanxana xərci norması arasında 40 manat -36 manat = 4 manat fərq var. Təşkilat rəhbərliyi qərara alsa ki, bu məbləği də ödəsin, onda 121 manat + 4 manat = 125 manat ezamiyyə xərci ödənilməlidir.

----------------------------------------------------------------------------------------------------------------------
Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda
 
www. Mks. az saytı yenidən nəşrləri ilə həmkarlarımızın görüşünə gəlir: "Əmək Qanunvericiliyi Toplusu -2018" kitabı satışda. Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib.
Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub.  Üstəlik Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib.
Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib.
Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz. 
Çatdırılma pulsuzdur.  Kitab iki iş günü ərzində çatdırılır. Kitabın satış qiyməti 12 (on iki) manatdır. 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər