Türk iş adamının evindən nə az, nə çox.. 110 min dollar pul oğurlanıb

Türk iş adamının evindən nə az, nə çox.. 110 min dollar pul oğurlanıb

Hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
 
Bakıda türkiyəli iş adamının evi qarət edilib. Hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Türkiyə vətəndaşı Selçuk Mahmud oğlu Tapan polisə müraciət edərək yanvarın 23-də yaşadığı evin pəncərəsindəki dəmir barmaqlıqları qırmaqla oradan 110 min dollar, 1000 avro və 4000 manatlıq qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.
 
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarışlar tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, Selçuk Mahmud oğlu Tapan Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

0 Komment

    Şərh yazın

    Xəbərlər