Vergilər Nazirliyindən 5 aya təqribən 50-ə yaxın sual göndərənə XƏBƏRDARLIQ

Vergilər Nazirliyindən 5 aya təqribən 50-ə yaxın sual göndərənə XƏBƏRDARLIQ

Vergi ödəyicisi: "Siz həmişə Vergilər Nazirliyə sərf edən yanaşmaları istifadə edirsiniz. Boşluqları da öz xeyrinizə interpretasiya edirsiniz. "
 
Sual: Mənim ID: 16440 olan sualımın cavabında qeyd etmisiniz ki, illik amortizasiya ayırmaları məbləğinin gəlirdən çıxılması tam təqvim ili ərzində istifadə olunan əsas vəsaitlərə münasibətdə nəzərə alına bilər. Sual: Məcəllədə harada yazılıb ki, əsas vəsait mütləq il ərzində istifadə olunmalıdır. Yazılmayıb. Siz həmişə Vergilər Nazirliyə sərf edən yanaşmaları istifadə edirsiniz. Boşluqları da öz xeyrinizə interpretasiya edirsiniz. 
Rafiq İlyasov, [email protected], Bakı (18.01.2018) 
 
Cavab: Bildiririk ki, vergi qanunvericiliyinə və inzibatçılığına əsaslanaraq 13.01.2018-ci il tarixdə verilən cavaba (İD: 16440) əlavə olaraq bildiririk ki, tərəfimizdən qeyd olunan mövcud qanunvericiliyin tələbləri ilə razı olmadığınız təqdirdə vergitutmanın nəzəri prinsiplərinə istinad etməklə qanunvericiliyinin təkmilləşdirilməsinə dair konkret, əsaslandırılmış təklifləri aidiyyəti üzrə saytımızın “Vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi barədə təkliflərinizi bizə yaza bilərsiniz” rubrikasına göndərə bilərsiniz.
 
Əlavə olaraq bildiririk ki, səhifəyə mütəmadi olaraq müraciət edərək (2017-ci ilin sentyabr- 2018-ci ilin yanvar aylarında bəzi hallarda 2 və daha çox sual olmaqla təqribən 50 dəfə) ətraflı, dolğun məlumat almağınıza baxmayaraq tərəfinizdən “Sual-cavab” bölməsini cavablandıran əməkdaşların ünvanına vaxtaşırı ittihamedici ifadələr işlədilir ki, bu da elektron formada müraciətlərin qaydalarında göstərilən etika qaydalarına riayət edilmə barədə tələbə uyğun deyildir. Qeyd olunanları nəzərə almağınızı tövsiyə edirik.
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər