VAKANSİYA! Azərbaycan Beynəlxalq Bankında HR işləmək imkanı

VAKANSİYA! Azərbaycan Beynəlxalq Bankında HR işləmək imkanı

Vəzifə üçün tələblər hər kəs üçün əlçatandır...
 
Vəzifə: İnsan Resursları və Təşkilati departamentində İnsan Resurslarına Nəzarət və Hesabatlılıq üzrə Mütəxəssis (HR Reporting and Controlling Specialist)
İşəgötürən: Azərbaycan Beynəlxalq Bankı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  24 oktyabr  2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “(HR Reporting and Controlling Specialist)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
 
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
 
Vəzifə öhdəlikləri:
 
•             Əməkdaşların davamiyyətinin gündəlik təhlili;
•             Əməkdaşların aylıq iş vaxtından istifadəsinin yoxlanılması və 1C sisteminə işlənilməsi;
•             Struktur/bölmələrin təqdim etdiyi davamiyyət cədvəlləri ilə giriş və çıxış saatlarının müqayisəsini aparmaq və nəzərdən keçirmək;
•             Gündəlik olaraq struktur/bölmələrdə əlavə saatlar, xəstəlik iznləri, məzuniyyət və dövlət bayramlarına dair məsələlərdə əməkdaşlara yardım və dəstək göstərmək;
•             Dövri olaraq iş saatlarının və davamiyyət cədvəllərinin qeydə alınmasına dair hesabatlar hazırlamaq və müvafiq şəxs(lər)ə təqdim etmək;
•             Təşkilatın kadr işləri üzrə sənədləşmə prosesini idarə etmək;
•             Sənədləşmə prosesinin gedişatı haqqında Departament Direktoruna  müvafiq hesabatlar vermək;
•             İR Software proqramı üzrə şəxsi işlərin daxil edilməsini, tamlığını təmin edilməsini həyata keçirmək;
•             İnsan Resurslarının digər istiqaməti üzrə iş prosesinin gündəlik statusunun müəyyən edilməsi və prosesin sürətləndirilməsi üçün dəstəyin göstərilməsi;
•             Departament daxili tədbirləin təşkilinin koordinasiyanını həyata keçirmək.
 
 
Tələb olunan biliklər:
 
•             İnzibati təşkilatçılıq və kargüzarlıq prosedur və sistemləri;
•             Tabel uçotunu aparması üçün normativ sənədlər;
•             İT bilikləri (MS Windows, MS Office (Excel, Word, Outlook, PowerPoint);
•             Müvafiq tənzimləyici və qanunvericilik tələbləri.
 
Vakant vəzifə üzrə tələblər:
 
•             Sosilogiya, psixologiya, iqtisadiyyat və ya menecement sahəsində ali təhsil dərəcəsi;
•             Müvafiq sahədə ən azı 1 illik iş təcrübəsi və İnsan Resurslarında çalışmaq həvəsinin olması;
•             Azərbaycan, Rus və İngilis dillərində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı;
 
 
Digər əsas keyfiyyətlər:
 
•             Eyni anda bir neçə işi koordinasiya etmək bacarığı;
•             Xoş və səliqəli xarici görünüş, ünsiyyət qurma və komandada işləmə bacarığı;
•             Fəaliyyətini qanunvericilik və qaydalara uyğun olaraq təşkil etmək və təfərrüatlara diqqət yetirmək;
•             Etibarlı, məsuliyyətli və sədaqətli olmaq və işə dair öhdəlikləri yerinə yetirmək;
•             Məxfilik və gizlilik prinsiplərini gözləmək;
•             Dəyişən iş saatlarına uyğunlaşmaq;
•             İntizamlı fəaliyyət göstərmək.
•             Təşkilatın və departamentin missiyasına sadiqlik.
 
Bu vəzifədə çalışmaq Sizə nə qazandıracaq:
 
•             Bank sektorunda İnsan Resurslarının idarəedilməsi və praktiki tətbiqi barədə biliklərin əldə edilməsi ;
•             Administrativ və təşkilatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi;
•             Ümumi və əsas idarəetmə prosesləri ilə yaxından tanışlıq;
•             Bank sahəsində  iş proseslərini dərindən öyrənmə imkanları;
•             Sistem quruculuğu istiqamətində yeni və faydalı təcrübə;
•             İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
•             Bankın aparıcı çoxfunksiyalı struktur bölmələrindən olan İnsan resurslarının idarə edilməsi və təşkilati işlər departamentində bütün təşkilatla yeni və geniş əlaqələr, zəngin təcrübə, fərdi inkişaf və növbəti karyera irəliləyişləri.
•             Peşəkar komandada çalışmaq imkanının olması;
•             Qazanmış olduğunuz peşəkar təcrübənizi tətbiq etmək imkanı.
 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

0 Komment

    Şərh yazın

    Xəbərlər