Daşınmaz əmlakdan tutulan vergi ilə bağlı daha bir MARAQLI HESABLAMA

Daşınmaz əmlakdan tutulan vergi ilə bağlı daha bir MARAQLI HESABLAMA

Bir şəxsin mülkiyyətində bir neçə mənzili varsa, onların hansı yalnız vergidən azaddır?
 
Bir neçə gün öncə mənzil alqı-satqısı prosesinə bir sıra dəyişiklik olub. Belə ki, artıq mənzilini 3 ildən tez satanlardan vergi tutulacaq. Vergilər naziri Fazil Məmmədov daşınmaz əmlakın alqı-satqısından əlavə dəyər vergisinin (ƏDV) tutulmasına münasibət bildirərkən deyib: “Daşınmaz əmlakın alqı-satqısından ƏDV-nin tutulması əvvəllər də müvafiq qanunvericilikdə var idi. Sadəcə, bunun uçotu aparılmırdı”. 
 
 
Vergilər Nazirliyinin yaydığı məlumatdan aydın olur ki, mənzil və evlərin satışı zamanı əldə edilən gəlirdən vergi, fiziki şəxslərin gəlir vergisi formasında tutulacaq. Yəni, 30 min manata qədər gəlir 14 faizlə, 30 min manatan artıq hissə isə 25 faizlə vergiyə cəlb ediləcək. Məsələn, 50 min manata alınmış mənzil 100 min manata satılırsa, əldə edilən 50 min manat gəlirdən vergi tutulur. Bu məbləğin ilk 30 min manatından 14 faizlə vergi tutulur (4200 manat), sonrakı 20 min manat isə 25 faizlə vergiyə cəlb edilir (yəni 5 000 manat). Başqa sözlə 50 min manatlıq gəlirdən tutulan vergi 9,2 min manat təşkil edir və s. Mənzil satışından əldə eilən gəlir məsələn 10 min manatdırsa, bu zaman həmin məbləğ 30 min manatdan az olduğuna görə, 14 faizlə vergiyə cəlb edilir və 1400 manat vergi tutulur.
 
Əmlak satışından əldə edilən gəlirdən vergi tutulmasını nəzərdə tutan Vergi Məcəlləsinin 102.1.9-cu maddəsində bildirilir ki, vergi ödəyicisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz əmlakının təqdim edilməsindən əldə olunan gəlir vergidən azaddır. Bu isə o deməkdir ki, 3 il ərzində əsas yaşayış yeri olmayan bütün daşınmaz əmlakın satışından əldə edilən gəlir vergiyə cəlb edilməlidir. Deməli, mənzil sahibi yaşamadığı evi hətta uzun müddət bundan əvvəl almış olsa da, indi onu satanda vergi ödəməli olacaq.
 
Bunu nazirlikdə də təsdiqləyirlər. Başqa sözlə, bir şəxsin mülkiyyətində bir neçə mənzili varsa, onların yalnız birinin - yəni vətəndaşın daimi yaşayış yeri olan mənzilin satışı vergidən azaddır. Bir şərtlə ki, həmin mənzil alınandan 3 il sonra satılsın. Şəxsin mülkiyyətində olan digər mənzillərin satışından isə vergi istənilən halda tutulacaq. Hətta alınandan 10 il sonra satılsa da. Başqa sözlə, bir neçə evi olan şəxslər mənzillərin satışı zamanı istənilən halda vergi ödəməli olacaqlar.
 
Nazirlikdən verilən məlumata görə, mənzillərin satışından əldə edilən gəlirlərdən vergi tutulması vətəndaşın vergi ödəyicisi kimi vəziyyətindən asılı deyil. Başqa sözlə, vergi ödəyicisi kimi qeydiyyatdan keçib VÖEN əldə etmiş vətəndaş sadələşdirilmiş verginin, ya da ƏDV ödəyicisi ola bilər. Amma mənzil satışından əldə edilən gəlirdən vergi fiziki şəxslər üçün nəzərdə tutulan ümumi qaydada (yəni 30 min manata qədər 14 faiz, ondan artıq məbləğ 25 faizlə) vergiyə cəlb ediləcək. Bir şərtlə ki, satılan mənzil sahibkarlıq məqsədləri üçün istifadə edilməmiş olsun, yəni məsələn kirayə verilməsin. Əgər mənzil kirayəyə verilibsə, onda onun satışından tutulan vergi artacaq.
 
Daşınmaz əmlakın satışı zamanı əldə edilən gəlirdən vergi tutulması qaydası mağaza və digər kommersiya obyektlərinə də aiddir. Amma vergi tutulma qaydası və vergi dərəcələri fərqlidir. Nazirlikdən verilən məlumata görə, məsələn mağazanı satan şəxs iki formada vergi ödəyəcək. Birincisi, satış məbləğindən 18 faizlik ƏDV, ikincisi, satış qiymətindəki fərqdən 20 faiz qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən vergi. Başqa sözlə, kommersiya obyektlərinin satışından tutulan vergi mənzillərə nisbətən daha yüksək olacaq. Məsələn, vaxtilə 100 min manata alınmış mağaza 200 min manata satılanda mağaza sahibi iki formada vergi ödəyir. Birincisi, satış qiymətinin 18%-i qədər ƏDV (yəni 36 min manat), ikincisi, yaranmış fərqin 20%-i qədər gəlir vergisi (20 min manat). Nəticədə bu əməliyyatı həyata keçirən şəxs 56 min manat vergi ödəyəcək (fins.az).
 
Əlak satışına görə vergi ev bazarındakı vəziyyəti pisləşdirir. “Neftçilər” metro stansiyası yaxınlığında ev alqı satqısı firmasında çalışan Mehdi Əmirov marja.az-a deyib ki, bu dəyişiklik əmlak sektoruna ciddi zərbə vuracaq. Onun fikrincə, daha çox da Rusiyada bizneslə məşğul olub, burda ev alıb-satanlar itirəcək: “Bu adamlar evi 50 minə alıb, 60 min manata satacaqlar. Ev alqı-satqı firmaları ümumən çox qazanmırlar. Uzaqbaşı hər evdən 200-300 manat qazanc olsa, böyük şeydir. Indi isə ev bazarı demək olar ki, donub. Dekabrdan bu yana tərpənmir”.
 
Mehdi Əmirov bildirib ki, daha çox Rusiyada çalışan iş adamları ev alverində maraqlı idi. Onlar pullarını daşınmaz əmlaka köçürməklə qazanc əldə etməyə çalışırdılar: “Bu vergi məsələsi isə onları vuracaq. Yenə də deyirəm ki, bu söhbət kasıbların başında çatlamayacaq. Çünki evi varlılar alıb, varlılar satır. Bu məsələnin kasıblara heç bir aidiyyəti yoxdur”.

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər