İqtisadiyyat Nazirliyi: "ÖDƏNİŞSİZ məzuniyyətə göndərilən işçilər nazirliyə şikayət etsinlər"

İqtisadiyyat Nazirliyi: "ÖDƏNİŞSİZ məzuniyyətə göndərilən işçilər nazirliyə şikayət etsinlər"

İqtisadiyyat Nazirliyi sahibkarlar tərəfindən işçilərin ödənişsiz məzuniyyətə göndərilməsi hallarına münasibət bildirib. Nazir müavini Sahib Məmmədov İctimai TV-nin efirində bildirib ki, iqtisadi dəstək tədbirləri ilk növbədə öz işlərini şəffaf qurmuş, indiyə kimi vergi öhdəliklərini yerinə yetirmiş, əmək münasibətlərini leqallaşdırılmış sahibkarlara şamil olunacaq: “Təbii ki, bu istiqamətdə sahibkarlar öz məsuliyyətlərini artırmalıdır. İşçilərini ixtisar etməməli, əmək haqlarını ödəməlidir, hətta işçi məzuniyyətdədirsə belə onların əmək haqqı ödənilməlidir. Nazirliyin 195-2 nömrəli “qaynar xətt”i mövcuddur, şirkət əməkdaşları hər hansı qanunsuzluq, hüquqlarının pozulma halı gördükdə bu nömrə ilə əlaqə saxlaya bilər. Bu zaman şikayət əsasında məsələ aydınlaşdırılacaq”. 

Mənbə: Qafqazinfo.az

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı satışda

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər