
VAKANSİYA! SOCARda Rəis müavini işləmək imkanı
Tələb olunan kompüter bilik səviyyəsi MS Excel - əla ; Internet - yaxşı ; MS Word - əla
Rəis müavini (Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, keyfiyyətə və qaynağa nəzarət şöbəsi)
Vakansiyanın elan tarixi 14.11.2013
Son müraciət tarixi 19.11.2013
Müəssisənin adı Neftqaztikinti tresti
Struktur vahidinin adı Sənaye Tikinti İdarəsi
Ödəniş növü Vəzifə maaş
Əməyin ödənilmə dərəcəsi ME
Vəzifə maaşının məbləği 938AZN
Əlavə ödənişlər
İş yerinin ünvanı Bakı şəhəri. Salyan şossesi 83
İş vaxtının norması NORM40/5
Əmək şəraiti Quruda
Təhsil İstiqaməti Sahə üzrə
Tələb olunan minimum təhsil səviyyəsi Bakalavr
Tələb olunan əmək fəaliyyəti Sahə üzrə - 5 ildən yuxarı ;
Tələb olunan kompüter bilik səviyyəsi MS Excel - əla ; Internet - yaxşı ; MS Word - əla ;
Tələb olunan xarici dil bilik səviyyəsi İngilis - əla ;
Vakansiya tələbinə uyğun təlimlər
Vəzifə(peşə) funksiyaları • Əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək;
• Əməyin mühafizəsi sahəsində təlimatları hazırlamaq, vacib olan peşə və iş növlərinin siyahısına uyğun olaraq bölmələrdə işçilər üçün əməyin mühafizəsi üzrə qaydalarla, əsasnamələrlə, nümunəvi təlimatlarla, plakatlarla və digər normativ metodik sənədlərlə, həmçinin əməyin mühafizəsi üzrə müvafiq işlərin izahı və qeydiyyatı üçün jurnallarla təchiz olunmasını təmin etmək;
• Əmək şəraitinin yaxşılaşdırılmasına dair profilaktik nomenklatur tədbirlər planının işlənib hazırlanmasında iştirak etmək və onların həyata keçirilməsini təşkil etmək;
• Struktur bölmələrinin rəhbərlərinə işçilər üçün əməyin mühafizəsi üzrə təlimatların, əməyin təhlükəsizliyi sistemi üzrə standartların hazırlanması və yenidən baxılması zamanı metodiki köməklik göstərmək;
• Struktur vahidində “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əməl olunmasına, bədbəxt hadisələrin vaxtında təhqiq edilməsinə və onların gələcəkdə baş verməməsi məqsədilə tədbirlər planının hazırlanmasında iştirak və onların həyata keçirilməsinə nəzarət etmək;
• Avadanlıqların, maşın və mexanizmlərin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinəsinin vaxtında keçirilməsinə nəzarət etmək;
• Normativ hüquqi aktlarla müəyyən edilmiş müddətlərdə sənədlərin (İZ formalı akt və istehsalatda bədbəxt hadisələrin təhqiqi üzrə digər sənədlərin, təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin, iş yerlərinin attestasiya və sertifikasiyasının protokollarının və s.) saxlanılmasını təmin etmək;
• Xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə, yuyulmasına, kimyəvi təmizlənməsinə, qurudulmasına, tozsuzlaşdırılmasına və təmirinə, ventilyasiya və aspirasiya sistemlərinin işinin səmərəliliyinə, qoruyucu və mühafizə vasitələrinin vəziyyətinə nəzarət etmək;
• Müqavilələr əsasında beynəlxalq standartlara və texniki şərtlərə əsasən görülən tikinti-quraşdırma işlərinə, məhsulun buraxılmasında keyfiyyətin yaxşılaşdırılmasına nəzarəti həyata keçirmək;
• Tikinti-quraşdırma işlərinə, məhsulun parametrlərinin nomenklatur üzrə uyğunluğuna, istehsalat şəraitinin və avadanlıqların texnoloji vəziyyətinə nəzarəti həyata keçirmək;
• İstehsalın texnoloji prosesində meydana gəlmiş əyintilər, qüsurlar, zay məhsul buraxılışı, əmək məhsuldarlığının aşağı düşməsi və digər proseslərin araşdırılmasının aparılması və bu cür çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görmək;
• İstehsalat sahələrində sağlam, ekoloji təmiz iş şəraiti yaradılmasını və nəzarət ölçü cihazlarının kalibrlənməsini təşkil etmək;
• Ətraf mühitin mühafizəsinə, təbii sərvətlərdən səmərəli istifadə üzrə qüvvədə olan normativ sənədlərin müddəalarına əməl olunmasına, çirkab suların, digər çirkləndiricilərin ətraf mühitə və atmosferə atılmasına nəzarəti həyata keçirmək
Bilməlidir
• SƏTƏM üzrə beynəlxalq Standartların tələblərini;
• Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını;
• Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi”ni.
• Yanğın təhlükəsizliyi haqqında "Azərbaycan Respublikasının Qanunu"nu;
• Əmək şəraitinin yaxşılaşdırılması tədbirləri
• Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu qaydalarını;
• Qüvvədə olan keyfiyyətə nəzarət qaydalarını, keyfiyyətə nəzarət sənədlərinin tələblərini,
müəssisənin istehsal proseslərinin əsaslarını;
• İş yerlərində əmək şəraitinin öyrənilməsi metodlarını; ;
• Tikinti avadanlıqlarının istismar xüsusiyyətlərini;
• Avadanlığın texniki vəziyyətinin işlərin təhlükəsiz aparılma tələblərinə uyğunluğuna nəzarət qayda və vasitələrini;
• Əməyin mühafizəsi üzrə yerli və xarici qabaqcıl təcrübəni;
• Əməyin mühafizəsi üzrə təbliğat və informasiya metod və formalarını;
• Əmək qanunvericiliyinin əsaslarını;
• Sağlam iş şəraitinin təşkili qaydalarını
Tələb olunan digər bilik və bacarıqlar İngilis dilində texniki terminalogiyanı bilənlərə üstünlük verilir.
Son müraciət tarixi 19.11.2013
Müraciət üçün link: http://careers.socar.az/ApplyVac?Vid=6373
“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı– Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar
Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir.
Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik..
0 Komment
Şərh yazın