Mks.az-dan HR-lar üçün BEŞİNCİ tematik təlim

Mks.az-dan HR-lar üçün BEŞİNCİ tematik təlim

Əmək müqaviləsinin imzalanması şərtlərinin müəyyən olunmasında VACİB MƏQAMLAR

Müzakirəyə çıxarılacaq sualların siyahısı

1) İşəgötürən işçinin əmək müqaviləsinə xitam versə də, əmək kitabçasını ona gec, 4 aydan sonra təqdim edib. İşçi iddia edir ki, işəgötürən əmək kitabçasını gec verdiyi üçün 4 aylıq əmək haqqı ödəməlidir. İşçinin iddiası əmək qanunvericiliyinə uyğundur?
2) Əmək Məcəlləsi tətbiq edilməyən iş yerlərində çalışan işçini (məsələn, hərbçini) işə qəbul etdikdə, ondan əmək kitabçası tələb olunmalıdır, yoxsa arayış kifayət edir?
3) İşə qəbul olunan işçi yazılı şəkildə bildirir ki, əmək kitabçasını itirib və ya əvvəlki iş yerləri elektron informasiya sistemində olsa da, onların bəziləri kitabçaya qeyd edilməyib. İşəgötürən bu şərtlərlə işçini işə qəbul edə bilər, yoxsa ona yeni əmək kitabçası açılmalıdır?
4) Əvvəllər xaricdə çalışmış işçini işə qəbul etdikdə ondan əmək kitabçası tələb olunmalıdır? Belə işçinin əmək məzuniyyəti müəyyənləşdirilərkən, onun digər ölkədəki iş stajı nəzərə alınmalıdır?
5) İşçi 4 il ali təhsil alıb, sonra 1 il müddətində müddətli hərbi xidmətdə olub, daha sonra 3 il işlədikdən sonra işdən çıxıb, magistr təhsili alıb. Magistr təhsilini bitirdikdən sonra işə qəbul olunan işçinin əmək stajına görə neçə gün əlavə məzuniyyət müəyyənləşdirilməlidir?
6) İşəgötürən işçi ilə bağlı məlumatları elektron informasiya sisteminə daxil edib, amma kağız əsaslı hər hansı rəsmiləşdirmə (əmək müqaviləsinin bağlanması, işə qəbul haqda əmrin verilməsi və s.) həyata keçirməyib. İşəgötürənin bu hərəkəti əmək qanunvericiliyinin pozulması halı kimi qiymətləndirilib inzibati cərimə tətbiq edilə bilər?
7) İşəgötürən hansı hallarda kollektiv müqavilə imzalamalıdır? Həmkarlar ittifaqı olmayan, cəmi 10 işçisi olan təşkilat kollektiv müqavilə tərtib etmək hüququna malikdir?
8) İşəgötürən müddətli əmək müqaviləsinin bitmə tarixini 5 ildən çox müddətə, misal üçün, 7 il müəyyən edə bilər? İşəgötürənin baş mühasiblə 47-ci maddəsinin “f” bəndi ilə (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) müddətli əmək müqaviləsi bağlaması və sonra həmin şərtlə müqaviləyə xitam verməsi əmək qanunvericiliyinin pozulmasıdır?
9) Əmək Məcəlləsinin 46-ci maddəsinə əsasən, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur. Bu cür şərtlərə hansı hallar aid edilir?
10) Əmək Məcəlləsinin 58-ci maddəsinin 5-ci hissəsinə əsasən, əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlılığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir. Əsas iş yeri dövlət xəstəxanasında olan həkimin əlavə iş yeri kimi özəl xəstəxanada çalışmasına məhdudiyyət qoyulması bu maddənin tələblərinə uyğundur?
11) Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının icrası həvalə olunub. 3 ay bitdikdən sonra həmin boş vəzifəyə yeni işçi qəbul edilməzsə, eyni işçi əvəzetməni davam etdirə bilər?
12) Əmək Məcəlləsinin 50-ci maddəsində nəzərdə tutulan müsabiqə yolu ilə işə qəbulun şərtləri şirkətlərin müsabiqə ilə işə cəlb etdiyi şəxslərə şamil edilir?
13) İşəgötürən işçi ilə əmək müqaviləsini 10 sentyabr 2021-ci il tarixdə imzalasa da, işçi 15 sentyabr 2021-ci il tarixdə işə başlayacaq. İşəgötürən əmək müqaviləsi bildirişini 12 sentyabr 2021-ci il tarixdə alıb. İşçinin iş ilinin başlanma tarixi hansı tarix hesab ediləcək?
14) İşçi əlil olması ilə bağlı sənədi təqdim etmədiyindən onun əmək məzuniyyəti düzgün hesablanmayıb, bu zaman məsuliyyət kimi üzərində qalır, işəgötürənin yoxsa işçinin?
15) İşəgötürən qanunvericiliklə sağlamlıq haqqında arayış tələb oluan işçidən həmin sənədi tələb etməyib. DƏMX yoxlamalar zamanı həmin faktı aşkar edərsə, işəgötürənə inzibati cərimə tətbiq oluna bilər?

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər