Çərşənbə, 13 İyul 2022 10:23

Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq işdən çıxarılan işçi ilə bağlı rəsmiləşdirmə

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Daxili nizam-intizam qaydalarını kobud şəkildə pozan və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş öhdəliklərini lazımınca icra etməyən işçinin işdən azad olunması ilə bağlı əmr nümunəsini  nəzərdən keçirək.

Blank “Alov” MMC

ƏMR

№________

Gəncə şəhəri                                                                     29 avqust 2019-cu il

Əmək funksiyasını yerinə yetirməyən işçinin

əmək müqaviləsinə xitam verilməsi haqqında

Satış şöbəsinin reklam üzrə mütəxəssisi Nəsibov Amil Sahib oğlunun son 2 ayda 3 dəfə əmək intizamını kobud şəkildə pozmasını və əmək funksiyalarını tam və keyfiyyətli icra etməməsini (intizam tənbehinin tətbiq oluması ilə bağlı ___ _________2019-cu il tarixli, ____№-li, ___ _________2019-cu il tarixli, ____№-li və ___ _________2019-cu il tarixli, ____№-li əmrlər) nəzərə alaraq

ƏMR EDİRƏM:

  1. Satış şöbəsinin reklam üzrə mütəxəssisi Nəsibov Amil Sahib oğlu verilən intizam tənbehlərindən lazımi nəticə çıxarmadığı üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq, onunla bağlanmış 2 sentyabr 2017-ci il tarixli, ____№-li əmək müqaviləsi 2 sentyabr 2019-cu il tarixdən ləğv edilsin.
  2. Baş mühasib Səlimova Sultanə Sahib qızı işçiyə son haqq-hesabın ödənilməsini təmin etsin.
  3. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.

Direktor ________ Nəbili N.N.

Əmrlə tanış oldum: ___________ Səlimova S.S.

Tarix __________

Əmrlə tanış oldum və surətini aldım: _________ Nəsibov A.S.

Tarix _______________

Əgər daha kobud pozuntuya görə işçi elə birinci dəfədən işdən çıxarılarsa, o zaman əmrin əsası kimi xidməti yazı və əgər varsa, işçinin izahatı göstərilir.

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın