Cümə, 01 İyul 2022 06:38

Əmək qanunvericiliyinin pozulması zaman vəzifəli şəxsin kimliyi necə müəyyənləşdirilir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

İnzibati Xətalar Məcəlləsində əmək qanunvericiliyinin pozulmasına görə cərimələr daha çox vəzifəli şəxslər üçün müəyyən edilib.  Qeyd edək ki, maddədə yalnız vəzifəli şəxs müəyyən edilibsə, o zaman dövlət qurumu hüquqi şəxsi cərimələyə bilməz.

Mİsal.İşəgötürən mütəxəssis vəzifəsində çalışan işçiyə 30 təqvim günü yox, 21 təqvim günü əmək məzuniyyəti müəyyən edib. İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən, işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Maddədən göründüyü kimi, inzibati cərimənin tətbiq olunması ilə bağlı “hüquqi şəxslər” anlayışından istifadə edilməyib. Deməli, dövlət qurumu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə görə hüquqi şəxslərin cərimə olunması həyata keçirilə bilməz.

İndi isə konkret misallar üzərindən inzibati cərimələrin tətbiq olunduğu vəzifəli şəxslərin müəyyən edilməsi qaydasını nəzərdə keçirək.

Mİsal. Hüquqi şəxs olan işəgötürən mütəxəssis vəzifəsində çalışan mühasibin əmək məzuniyyətini 30 gün yox, 21 gün müəyyən edib. Dövlət qurumu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə uyğun olaraq işçinin məzuniyyət hüquqlarının pozulmasına görə vəzifəli şəxsə inzibati cərimə tətbiq edilir. Bu halda inzibati cərimə hansı vəzifəli şəxsə tətbiq ediləcək: hüquqi şəxsin rəhbərinə, yoxsa insan resursları menecerinə?

Suala konkret cavab vermək mümkün deyil, çünki dövlət qurumunun vəzifəli şəxsi yoxlama zamanı müəyyən etdiyi faktlar əsasında qərar verir ki, inzibati cərimə hansı vəzifəli şəxsə tətbiq edilsin.  İşəgötürən iddia edə bilər ki, məzuniyyət günlərinin səhv müəyyən olunması insan resursları üzrə mütəxəssisin vəzifə səlahiyyətlərinə aiddir, inzibati xətanın baş verməsində onun günahı yoxdur. Dövlət qurumunun vəzifəli şəxsi işəgötürənlə eyni qənaətdə olarsa, o zaman vəzifəli şəxs kimi insan resursları üzrə mütəxəssisi inzibati məsuliyyətə cəlb edəcək. 

Digər hal da mümkündür. İşəgötürən iddia edir ki, əmək qanunvericiyindəki “mütəxəssis” anlayışının mühasibə tətbiq olunması düzgün deyil. Çünki həmin vəzifədə çalışan işçinin ali təhsili olmadığı üçün ona 30 gün məzuniyyət təyin olunması qanunvericiliyə ziddir. Bu səbəbdən də, əmək müqaviləsində məzuniyyət günlərinin 21 gün müəyyən edilməsinə qərar verilib. Bu zaman dövlət qurumu inzibati cəriməni insan resursları üzrə mütəxəssisə yox, rəhbər şəxsə (işəgötürənə) tətbiq edəcək.

Mİsal. Dövlət qurumu işçinin əmək haqqının düzgün hesablanmadığını müəyyən edib. Əmək haqqının düzgün hesablanmamasına görə işəgötürənin vəzifəli şəxsinə cərimə tətbiq edilir.

Belə situasiyalarda əksər hallarda baş mühasib cərimələnir. Çünki əmək haqqının düzgün hesablanmasına həmin şəxs məsuldur.

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

1 Şərh

  • Şərh bağlantısı Taleh Zərbəli Cümə, 01 İyul 2022 10:34 tərəfindən təqdim olunub Taleh Zərbəli

    Salam,

    yanaşmanı dwzgwn hesab etmirəm. Məzuniyyət günlərinin müddətini qanunvericilik hüquqi şəxslərdə fəaliyyət göstərən işçilər üçün müəyyən edir, ayrı-ayrı vəzifəli şəxslər üçün yox. Əgər İşəgötürən məzuniyyəti əmrlə rəsmiləşdirirsə, işçiyə verilən məzuniyyət günlərinin sayının təsdiq olunmasını öz üzərinə götürür və buna uyğun olaraq, məzuniyyət pulu da ödəyir. Vəzifəli şəxsin səhvi cərimə yaradırsa, bunun nəticəsini Hüquqi şəxs daxili qaydalarla tənzimləməlidir. Lakin, işçiyə səhv məzuniyyətə görə İşəgötürən özü məsuliyyət daşımalıdır. İşəgötürən işçi ilə əmək münasibətləri üçün müqavilə bağlayır və orada "səhv"ə görə məsuliyyət daşımadığı qeyd edilmir.

Şərh yazın