Cümə, 24 İyun 2022 08:22

İşçinin sınaq müddətinin artırılması necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Sınaq müddəti işçinin biliklərinin və peşəkar vərdişlərinin yoxlanılması məqsədi ilə təyin olunur. Bəzən müəyyən səbəblərdən bunu əvvəlcədən nəzərdə tutulan müddətdə həyata keçirmək mümkün olmur. Məsələn, tutaq ki, 2 aylıq sınaq müddəti dövründə işçi əmək qabiliyyətini müvəqqəti olaraq 20 gün itirir. Bu zaman sınaq müddətinin işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi vaxt qədər artırılması ilə bağlı işəgötürən əmr imzalaya bilər. Belə əmrin nümunəvi forması aşağıdakı kimidir:

 

Blank “Alov” MMC

ƏMR

№________

 

Xaçmaz şəhəri                                   ____ ________________2019-cu il

 

İşçinin sınaq müddətinin artırılması haqqında

 

Satış şöbəsinin sınaq müddətində olan işçisi Quliyev Rza Əşir oğlunun təqdim etdiyi 26 avqust 2019-cu il tarixli, ___№-li  xəstəlik vərəqinə əsaslanaraq

ƏMR EDİRƏM:

 

  1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 51-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq Quliyev Rza Əşir oğlunun sınaq müddəti 20 (iyirmi) gün uzadılsın.
  2. Sınaq müddətinin bitmə tarixi 23 oktyabr 2019-cu il tarixi hesab edilsin.
  3. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.

Direktor _______ Nəbili N.N.

 

Əmrlə tanış oldum: __________ Quliyev R.Ə.

Tarix: ________

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın