Çərşənbə, 08 İyun 2022 05:29

İşçi ilə bağlı icbari sığortanın tətbiq olunmamasına görə cərimələr necə hesablanır?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

İnzibati Xətalar Məcəlləsinin 469.2-ci bəndinə əsasən,  “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

Mİsal 1.  İşəgötürəndə həyata keçirilən yoxlamalar zamanı müəyyən olunur ki, işçilərin icbari sığortası həyata keçirilməyib. Bu halda vəzifəli şəxslər 1500 manat məbləğində cərimə edilir. Dövlət qurumunun qərarına əsasən, işəgötürən hüquqi şəxs olduğu halda cərimələnərsə, o zaman məhkəmənin qərarı 5 000 manat cərimə tətbiq edilə bilər.

Maddənin qeyd hissəsində bildirilir ki, şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.

Mİsal. 10 mart 2022-ci il tarixdə aparılan yoxlamanın nəticəsi kimi “A” MMC-nin vəzifəli şəxsi cərimə olunduqdan 20 gün sonra yenidən bu hala görə cərimə edilə bilməz.

Amma  10 aprel 2022-ci ildə təkrar yoxlama keçirilərsə və işəgötürəndə icbari sığorta müqaviləsinin bağlanmaması aşkar olunarsa, yenidən cərimə kəsilə bilər. Cünki öncəki inzibati cərimə müddətindən 20 gündən artıq vaxt keçib.

 

ƏMAS sistemi ilə bağlı növbəti tematik təlim

Təlimin adı:  ƏMAS altsistemi: Məlumatların işlənilməsi və reystrlər üzrə hesabatlılığın təmin edilməsi prosesi"

Tarix:  18 iyun 2022-ci il saat 10:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın