İşçi əsas məzuniyyətdən öncə əlavə məzuniyyətdən tam şəkildə istifadə edə bilər?
Satışına START verilən “Əməyin uçotu: A-dan Z-yə” (IV nəşr) kitabından seçmə
Qeyd etdiyimiz kimi, Əmək Məcələsinin 112-ci maddəsinə əsasən, əmək məzuniyyəti əsas və əlavə məzuniyyətlərdən ibarətdir. Bəzən əmək qanunvericiliyindən məlumatlı olan işçilər məzuniyyət ərizəsində əvvəlcə əlavə məzuniyyətdən tam olaraq istifadə etmək istədiklərini yazırlar. İşçi bilir ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək müqaviləsinə xitam zamanı əlavə məzuniyyətə görə ödəniş olumayacağından xəbərdar işçi əlavə məzuniyyətdən istifadə etməyin faydalı olduğunu düşünür.
Mİsal. Mütəxəssis vəzifəsində çalışan və 12 il əmək stajı olan işçi əsas və əlavə məzuniyyətlər üzrə müvafiq olaraq 30 və 4 günlük məzuniyyət hüququna malikdir. İşçi iş ilinin 7-ci ayında 14 günlük məzuniyyət hüququndan istifadə üçün işəgötürənə müraciət edib və ərizəsində qeyd edib ki, 4 günlük əlavə məzuniyyətdən tam olaraq istifadə etmək niyyətindədir.
Bu halda işəgötürən işçiyə 4 günlük əlavə məzuniyyəti tam şəkildə verməlidirmi? Fikrimizcə, işçinin 4 günlük əlavə məzuniyyətdən tam istifadə hüququ yaranmadığından işəgötürən mütənasiblik prinspindən istifadə etməlidir. İşçinin iş ilinin 6 ayı tamam olduğu üçün ona 2 gün əlavə məzuniyyət və 12 gün isə əsas məzuniyyət olmaqla 14 günlük əmək məzuniyyəti təqdim edilməlidir. Təbii ki, məzuniyyətlə bağlı əmrdə 14 günlük əmək məzuniyyətinin 12 günün əsas, 2 günün isə əlavə məzuniyyət olduğu göstərilməlidir.
İşçinin əlavə məzuniyyətdən tam istifadə hüququ yarandığı halda da mütənasiblib gözlənilməlidir. Misal üzərində baxaq.
Mİsal. İşçi iş ili ərzində 21 gün əsas və 4 gün əlavə məzuniyyət hüququna malikdir. İşçi iş ili başa catandan sonra əmək məzuniyyətinin 14 gününü istifadə etdiyi halda o halda da ona 4 gün əlavə məzuniyyətin hamısı verilməyəcək. Çünki işçi əmək məzuniyyətindən tam şəkildə istifadə etmədiyindən mütənasiblik gözlənilməklə 14 günlük əmək məzuniyyətinin 12 günü əsas və 2 günü isə əlavə məzuniyyətin hesabına formalaşacaq.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB
2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA
3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr) - SATIŞI davam edir
4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir
5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir
6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA
7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr) - 9 APREL TARİXİNDƏN SATIŞDA
8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA
9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda
10. Əmək Bələdçisi - 2024 - May ayından satışda
11. Vergi Platforması - 2024 - May ayından satışda satışda
12. PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda
13. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda
0 Komment
Şərh yazın