İşçi işdən azad olunmasına konkret səbəb göstərdikdə, təsdiqedici sənəd təqdim etməlidir?

İşçi işdən azad olunmasına konkret səbəb göstərdikdə, təsdiqedici sənəd təqdim etməlidir?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 69-cu maddəsinin ikinci hissəsində işdən çıxmaq üçün halların təsbit edildiyini yazmışdıq. Buna misal olaraq, işçinin yaşa, əlilliyə görə əmək pensiyasına çıxması, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olması, yeni yaşayış yerinə köçməsi, başqa işəgötürənlə əmək müqaviləsi bağlaması, seksual qısnamaya məruz qalması və s. halları göstərmək olar. Maraqlıdır ki, işçinin ərizədə qeyd etidyi halın olmasını təsdiq edən sənədi işəgötürənə təqdim etmək öhdəliyi varmı?
Mİsal. İşçi 11 fevral 2022-ci il tarixdə yeni yaşayış yerinə köçdüyünü əsas götürərək, 18 fevral 2022-ci il tarixdən işdən azad olunmasını xahiş edir. İşəgötürən işçinin yeni yaşayış yerinə köçməsini təsdiq edən hər hansı arayışın ərizəyə əlavə olunmasını tələb edə bilər?
Fikrimizcə, ərizədə qeyd edilən hallar üzrə sənədlərin əlavə olunması mütləq tələb olmasa da, işəgötürənin hüququ var ki, həmin sənədləri tələb etsin. İşçi ərizə ilə müraciət etdikdə, işəgötürən səbəbin düzgünlüyünü təsdiq edən sənədi və ya həmkarlar komitəsi olduğu halda, araşdırma tələb edə bilər. O da mümkündür ki, işəgötürən ərizədə qeyd edilən halın düzgünlüyünə inansın və hər hansı təsdiqedici sənəd tələb etməsin.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər