Cümə axşamı, 24 Noyabr 2022 15:16

Azərbaycan Prezidentinin köməkçisi tanınmış HR mütəxəssisi təyin olundu

Xəbər verdiyimiz kimi, Andrey Sipilin Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin olunub.

”Qafqazinfo” Andrey Sipilinin əvvəlki iş fəaliyyəti ilə bağlı kiçik araşdırma aparıb.

Məlum olub ki, Andrey Sipilin 1995-99-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.
2001-ci ildə Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb. 2004-2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib.

Əvvəl "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.

Prezidentin köməkçisi Andrey Sipilin Ali Məhkəmənin hakimi milliyyətcə yəhudi olan Tatyana Qoldmanın yeganə övladıdır. T. Qoldmanın atası isə məşhur memar olub.

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Şərh yazın