Çərşənbə, 23 Noyabr 2022 10:02

Fərdi əmək mübahisələri zamanı işəgötürən və işçi məhkəmədən öncə hara müraciət etməlidir?

Satışı bitən amma 2023-cü ilin yanvar ayından satışda olacaq “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 294-cü maddəsin əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

“Mediasiya haqqında” AR Qanununun 3.1-ci maddəsinə əsasən, mediasiya aşağıdakılar üzrə tətbiq edilir:

- mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla);

-  ailə münasibətlərindən irəli gələn mübahisələr;

- əmək münasibətlərindən irəli gələn mübahisələr;

- inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.

Qanunun 3.2-ci maddəsində qeyd edilir ki, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

Maddələrin tələblərindən göründüyü kimi, əmək münasibətlərindən irəli gələn mübahisələrin məhkəməyə çıxarılmamışdan öncə, mediasiya sessiyasında iştirakı mütləq tələbdir.

Mediasiya anlayışına gəlincə isə, mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında  yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı “Mediasiya haqqında” qanunla müəyyən olunan prosesdir. Anlayışdan göründüyü kimi, mediasiyanın məqsədi əmək münasibətləri ilə bağlı mübahisələri qarşılıqlı razılaşma əsasında həll etməkdir. Yəni, mediasiya zamanı məqsəd məhkəməyə getmədən mübahisələrin aradan qaldırılmasıdır.

Mİsal. İşəgötürən işçinin son haqq-hesabını ödəmədiyi üçün ikinci tərəf mediasiya təşkilatına müraciət edib. Tərəflərlə müzakirənin nəticəsində tərəflər arasında barışıq sazişi bağlandığı halda mediator tərəfindən mediasiya prosesinə xitam verilir.

Təcrübədə rast gəlinən hallardan biri odur ki, mediator işəgötürənin və ya işçinin hüquqlarının müdafiəçisi kimi iştirak edir, bir növ prosesin həllində onlara yardımçı olmağa çalışır. Qanunun 7.2-ci maddəsində qeyd edilir ki, mediator mediasiya zamanı hər iki tərəfə bərabər yanaşmalı, tərəflərin mediasiya zamanı bərabər iştirakını təmin etməli və hər iki tərəfə proses zamanı tələblərini təqdim etmək üçün bərabər imkanlar yaratmalıdır. Mediatorun qərəzsizliyinə mane olan hallar olduqda mediator mediasiyanı aparmaqdan imtina etməlidir.

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 
 
 

Şərh yazın