Müavinət üçün orta gündəlik qazancın hesablanması zamanı hansı dövr artıq çıxılmayacaq? (3-cü yazı)

Müavinət üçün orta gündəlik qazancın hesablanması zamanı hansı dövr artıq çıxılmayacaq? (3-cü yazı)

Dəyişikliyə qədər, Əsasnamənin 28-ci maddəsinə əsasən orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından müəyyən dövrə düşən iş günləri çıxılmalıdır...

Baş nazir Əli Əsədovun 19 avqust 2022-ci il tarixli, 320 saylı qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə dəyişikliklər edilib. İqtisadçı ekspert, “Əməyin uçotu: A-dan Z-yə” kitabının müəllifi Anar Bayramov yenilikləri şərh edib:

Qeyd edək ki, haqqında bəhs olunan Əsasnamə işçilərin əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı istinad olunan ən mühüm normativ hüquqi sənəd hesab edilir. Əsasnamədəki yeni dəyişikliklərlə bağlı vacib məqamları diqqətinizə çatdırmaq istəyirik.

Dəyişikliyə qədər, Əsasnamənin 28-ci maddəsinə əsasən Orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından aşağıdakı dövrə düşən iş günləri çıxılmalıdır:

- əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;

- hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü;

- uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü.

- məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər.

İşəgötürən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə son 12 ayın iş günlərini hesabladıqda, həmin dövrə yuxarıda qeyd edilənlər təsadüf etdiyi halda, iş günləri çıxılırdı. Bununla bağlı “Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər” məfhumu ilə fərqli yanaşmalar mövcud idi. Bəzi həmkarlarımız hesab edirdi ki, ödənişsiz məzuniyyət dövrünə təsadüf edən müddətdə məcburi dövlət sosial sığorta haqqı hesablanmadığı üçün həmin dövrə düşən iş günləri də çıxılmalıdır.

Yeni dəyişiklik nəticəsində “məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər” abzası Əsasnamədən çıxarıldı. Beləliklə, Orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından yalnız aşağıdakı dövrə düşən iş günləri çıxılacaq:

- əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;

- hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü;

- uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü.

 

Növbəti tematik təlimimiz:
Əmək müqaviləsinə xitamın əsasları: Əmək qanunvericiliyi və ƏMAS-ın tələbləri
Tarix: 24 sentyabr 2022-ci il saat 15:00
Təlim haqqında ətraflı məlumat üçün "+" işarəsi yazmağınız kifayətdir
Əlaqə vasitələri: 050-368-12-72 (what's up da aktivdir), 012-564-86-85 və ya [email protected]

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat (Satışı bitib)
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat (Satışına start verilib)
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər