DİQQƏT! ƏMAS sisteminə məlumatların daxil edilməsi ilə bağlı XƏBƏRDARLIQ

DİQQƏT! ƏMAS sisteminə məlumatların daxil edilməsi ilə bağlı XƏBƏRDARLIQ

Dövlət qurumu: “Bu halda 1 iyul 2022-ci il tarixdən müavinətlərin ödənişə göndərilməsi dayandırılacaq”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ƏMAS altsisteminə əmək haqqı göstəricilərinin daxil edilməsi ilə bağlı işəgötürənlərə xəbərdarlıq edib. Həmin xəbərdarlıq məktubunun mətnini həmkarlarımızın diqqətinə çatdırırıq:

“Hörmətli sığortaedənlər,

2021-ci ilin iyun ayından başlayaraq əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişləri vaxtında Nazirliyin “Əmək və məşğulluq” altsisteminə daxil etməyən sığortaedənlər tərəfindən göndərilən məcburi dövlət sosial sığortası hesabına verilən müavinətlə bağlı haqq-hesab cədvəllərində qeyd olunan real vəzifə maaşları onlar tərəfindən möhür və imza ilə təsdiq olunmuş və sistemə daxil edilmiş arayış nəzərə alınmaqla emal olunurdu.

Bildiririk ki, sözügedən halın müddətli və güzəştli xarakter daşıdığı mütəmadi olaraq sığortaedənlərin diqqətinə çatdırılmış və sığortaolunanların əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişlərin vaxtında Nazirliyin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi ilə bağlı tövsiyələr verilmişdir.

Nəzərinizə çatdırmaq istəyirik ki, verilən güzəşt müddətindən bir ilə yaxın zaman keçdiyini nəzərə alaraq 1 iyul 2022-ci il tarixdən etibarən əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişləri vaxtında müvafiq altsistemə daxil etməmiş sığortaedənlər tərəfindən təqdim edilən məcburi dövlət sosial sığortası hesabına verilən müavinətlər üzrə haqq-hesab cədvəllərinin vəzifə maaşlarını təsdiq edən arayış əsasında emal olunaraq ödənişə göndərilməsi dayandırılacaq və Nazirliyin “Əmək və məşğulluq” altsistemində sığortaolunanların faktiki əks olunan vəzifə maaşı nəzərə alınacaqdır.

Məlum edirik ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

Qeyd olunanları nəzərə alaraq gələcəkdə problemlər yaranmaması üçün əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişlərin vaxtlı-vaxtında Nazirliyin “Əmək və məşğulluq” altsistemində yenilənməsini sığortaedənlərdən bir daha xahiş edirik.”

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

1 Komment

  1. Qafqaz 23 İyun 2022

    Təşəkkür

Şərh yazın

Xəbərlər