Maddi yardımın ödənişi zamanı yaranan vergi öhdəliyinin MİSALLA İZAHI

Maddi yardımın ödənişi zamanı yaranan vergi öhdəliyinin MİSALLA İZAHI

"Əmək Münasibətləri: A-dan Z-yə" kitabından seçmə

İşçinin müalicə olunmaq üçün maddi yardıma ehtiyacı var və müvafiq xəstəxanadan arayış və hesab-faktura gətirib ki, əməliyyat xərcləri və sonrakı reabilitasiya üçün 1400 manat vəsait lazımdır. Əgər təşkilat rəhbərliyi işçinin müəssisə üçün önəmini, məhsuldarlığını nəzərə alaraq müalicə haqqı kimi 1400 manat maddi yardımı birbaşa xəstəxananın hesabına ödəsə, bu zaman 1000 manat məbləğ vergidən azad olunur, yerdə qalan 400 manatdan isə gəlir vergisi tutulur. Nəzərə alsaq ki, işçi həmin ay işlədiyi iş günlərinə görə əsas iş yerində 220 manat əməkhaqqı alıb, onda aylıq gəliri 620 manat (220+400) olacaq. Həmin məbləğdən isə 62,58 manat ((620-173) x 14%) gəlir vergisi tutulacaq. Ancaq burada çox maraqlı bir məqam var. Məlumdur ki, təşkilat 400 manatı xəstəxananın hesabına ödəyib. Ona görə də hesablanmış gəlir vergisi işçinin əməkhaqqından (220 – 62,58) çıxılacaq.

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

 Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər