PMS Sertifikatı imtahanında gəlir vergisi ilə bağlı 10 ballıq tapşırığın izahı

PMS Sertifikatı imtahanında gəlir vergisi ilə bağlı 10 ballıq tapşırığın izahı

Satışı davam edən "PMS Sertifikatı (II mərhələ) - III nəşr" kitabından seçmə

Vergi Məcəlləsinin 102.7-ci maddəsinə əsasən, fiziki şəxsin bu Məcəllənin 102.1-1-ci, 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir. Qeyd edək ki, 1 yanvar 2024-cü il tarixə kimi Vergi Məcəlləsinin 102.1-1-ci maddəsi ilə müəyyən edilən şəhid statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri üzrə güzəşt (800 manat) Vergi Məcəlləsinin 102.7-ci maddəsində qeyd edilməmişdi. 1 yanvar 2024-ci il tarixdən Vergi Məcəlləsinin 102.5-ci maddəsi ilə tənzimlənən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri üzrə güzəşt (50 manat) nəzərə alınmır.
Mİsal.  Dövlət qurumunda çalışan işçinin əmək haqqı 2 000 manat təşkil edib. Şəhid statusu olan şəxsin atası olan işçi həm daimi məskunlaşmamış məcburi köckündür, həm də qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər var.
Bu halda işçinin gəlir vergisini hesablayarkən üç güzəştdən ikisini tətbiq edəcəyik. Belə ki, işçi şəhid atası olduğu üçün Vergi Məcəlləsinin 102.1-1-ci maddəsində nəzərdə tutulan 800  manat güzəşt hüququ var. Daimi məskunlaşmamış məcburi köçkün olduğu üçün Vergi Məcəlləsinin 102.4-cü maddəsinə uyğun 100 manat güzəştə malikdir. Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər olmasına görə isə 50 manat güzəşt hüququ var.
İşçinin gəlir vergisi üzrə güzəşt hesablandıqda, Vergi Məcəlləsinin 102.7-ci maddəsinin tələblərinə əsasən, Məcəllənin 102.1-1-ci və 102.4-cü maddədələrində qeyd edilən güzəştin ən böyüyü nəzərə alınmalıdır. Misalımıza uyğun olaraq nəzərə alınan güzəşt məbləği şəhid statusu alan şəxsin atası olduğu üçün 800 manatdır, məcburi köckün olmasına görə nəzərdə tutulan 100 manat güzəşt isə hesablamalarda nəzərə alınmayacaq. Çünki işçinin malik olduğu sosial kateqoriya üzrə Vergi Məcəlləsinin 102.4-cü maddəsindəki 100 manat güzəşt məbləği Vergi Məcələsinin 102.1-1-ci maddəsində nəzərdə tutulan 800 manat güzəştdən azdır. Vergi Məcəlləsinin 102.5-ci maddəsindəki güzəşt isə Vergi Məcəlləsinin 102.7-ci maddəsində qeyd edilmədiyi üçün o, hesablamlarda nəzərə alınacaq.
İşçinin gəlir vergisi =  (2 000 manat – 800 manat (Şəhid atası olması  ilə bağlı Vergi Məcəlləsinin 102.1-1-ci maddəsi üzrə güzəşt) – 50 manat (Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər olmasına görə 50 manat) – 200 manat (Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi üzrə güzəşt)) x 14 faiz = 133 manat.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər