"Əməyin uçotu: A-dan Z-yə" V nəşr

"Əməyin uçotu: A-dan Z-yə" V nəşr

"Əməyin uçotu: A-dan Z-yə" kitabı MKS.az saytının "Öyrətmək savab, öyrənmək qazanc" seriyası çərçivəsində nəşr olunan, oxucular tərəfindən böyük maraqla qarşılanan və yüksək qiymətləndirilən ən populyar vəsaitlərdən biridir.
Kitabın təkmilləşdirilmiş V nəşrində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin aktual müddəaları ilə yanaşı, əmək qanunvericiliyini tənzimləyən digər normativ hüquqi aktlar da geniş şəkildə şərh edilmişdir. Nəşrdə Əmək Məcəlləsinə 16 yanvar 2026-cı il tarixdə edilmiş dəyişikliklər, Nazirlər Kabinetinin müavinətlərin hesablanması ilə bağlı yeni qərarları, eləcə də 1 may 2026-cı il tarixinədək qüvvəyə minmiş bütün mühüm dəyişikliklər nəzərə alınmış və onların praktik tətbiqi sadə, anlaşıqlı dillə izah edilmişdir.
Vəsait hazırlanarkən yalnız qanunvericilik normalarının izahı ilə kifayətlənilməmiş, insan resurslarının idarə edilməsi, əmək hüququ və əməkhaqqının hesablanması sahəsində çalışan mütəxəssislərin gündəlik fəaliyyətlərində qarşılaşdıqları praktik məsələlər də ətraflı təhlil edilmişdir. Eyni zamanda, müxtəlif hüquqi yanaşmalar müqayisə olunmuş, aidiyyəti dövlət qurumlarının rəsmi mövqeləri, məhkəmə təcrübəsi və beynəlxalq hüququn tələbləri nəzərə alınmaqla əsaslandırılmış müəllif şərhləri təqdim edilmişdir.

Mündəricatı yükləmək üçün link

0 Komment

    Şərh yazın

    Xəbərlər