SƏTƏM mütəxəssisi ilə bağlı işçi sayına görə hansı tələblər müəyyən edilib?
Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (V nəşr) kitabından seçmə
Əmək Məcəlləsində işçi sayı ilə bağlı müəyyən tələblər müəyyən edilib. Əmək Məcəlləsinin 223-cü maddəsinə əsasən, Əməyin mühafizəsi xidmətinin tərkibinə əmək qanunvericiliyini, əməyin mühafizəsi normalarını mükəmməl bilən mütəxəssislər daxil edilir. İşçilərinin sayı əlli nəfərdən çox olan müəssisələrdə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi, işçilərinin sayı beş yüz nəfərdən artıq olduqda isə müəssisə rəhbərinin (baş mühəndisinin) əməyin mühafizəsi üzrə müavini vəzifəsi təsis edilir. Min nəfərdən çox işçinin çalışdığı müəssisələrdə sənaye-sanitariya laboratoriyası təşkil olunur, habelə əməyin gigiyenası üzrə həkim vəzifəsi təsis edilir.
Maddənin sonuncu abzasına əsasən, fiziki şəxs olan işəgötürənlərin yaratdıqları, işçilərin sayı əlli nəfərdən çox olan iş yerlərində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi təsis edilir
Qeyd edək ki, əməyin mühafizəsi xidmətinin rəhbərləri və mütəxəssisləri öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb edilə bilməzlər və vəzifə borclarını düzgün və keyfiyyətli yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Qeyd edək ki, ƏMAS altsistemi tərəfindən işçi sayının 50-dən çox olan işəgötürənlərə əməyin mühafizəsi xidməti ilə bağlı işçi qəbulu ilə bağlı xəbərdarlıq bildirişi də göndərməsinə rast gəlinir.
Qeyd edək ki, 16 yanvar 2026-cı il tarixli Əmək Məcəlləsinin 223-cü maddəsinə edilən əlavəyə əsasən, Müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində işçilərin sayı 50 nəfərdən az olduqda əməyin mühafizəsi işinin təşkili işçinin razılığı ilə və əmək müqaviləsinə müvafiq dəyişiklik edilməklə əməyin mühafizəsi üzrə biliyi olan işçilərdən birinin əmək funksiyasına daxil edilir, bu mümkün olmadıqda isə işəgötürən tərəfindən əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi təsis edilir.
Maddənin tələblərini izah etməyə çalışaq. Birinci yanaşma ondan ibarətdir ki,işçilərin sayı 50 nəfərdən az olduğu halda işəgötürənə iki seçim verilir:
Birinci seçim ondan ibarətdir ki, işəgötürən əməyin mühafizəsi üzrə biliyi olan işçilərdən birinin onun razılığı ilə əmək müqaviləsinə dəyişiklik etməklə əməyin mühafizəsi işinin təşkili ilə fəaliyyətii onun əmək funksiyasına həyata keçirir. Həmin işçi insan resursları üzrə mütəxəssis, mühəndis, eləcə direktor olmalqa istənilən işçi ola bilər.
Amma həmin işçi ilə bağlı tələb ondan ibarətdir ki, şəxsin əməyin mühafizəsi üzrə biliyi olmalıdır. Əməyin mühafizəsi üzrə biliyi olması işçinin əməyin mühafizəsi üzrə sertifikatının olması və ya mühəndis ixtisası üzrə ali təhsilinin olmasını göstərmək olar.
Misal. İşəgötürən əməyin mühafizəsi üzrə sertifikata malik olan insan resursları üzrə mütəxxəssisin əmək müqaviləsinə dəyişikliklik etməklə əməyin mühafizəsi üzrə işinin təşkili ilə bağlı fəaliyyətləri onun əmək funksiyasına aid edir. Həmin şəxs işçilərin əməyin mühafizəsi üzrə təlimatlandırılması, biliyinin yoxlanılması, iş yerində əməyin mühafizəsi üzrə digər fəaliyyətləri həyata keçirir. İşəgötürən həmin işçinin əmək funksiyasına əməyin mühafizəsinin təşkili ilə bağlı əlavələr etdiyi üçün əmək haqqısında müəyyən artımlar edə bilər.
İkinci hal mümkündür ki, təşkilatda əməyin mühafizəsi üzrə biliyi olan şəxs yoxdur və ya həmin biliklərə sahib olan şəxs əməyin mühafizəsi üzrə işinin təşkili ilə bağlı əmək funksiyalarını həyata keçirmək istəmir. Bu halda işəgötürən işçilərin sayı 50-dən aşağı olmasına baxmayaraq əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi təsis etməlidir
MKS Academy-nin həyata keçirdiyi təlimlərdə rast gəlinən suallardan biri də ondan ibarətdir ki, işəgötürən əməyin mühafizəsi xidmətləri üçün kənar təşkilatından xidmətindən yarana bilərmi? Qeyd edək ki, Əmək Məcəlləsinin 223-cü maddəsində konkret olaraq əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi təsis edilməsi tələbi olduğu üçün işəgötürən işçisinin əmək funksiyasına həmin fəaliyyətin həyata keçirilməsini təmin etməlidir.
Digər sual ondan ibarət olur, əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi çaıışan işçi tamy yox, natamam iş vaxtı ilə çalışa bilərmi? Əmək Məcəlləsində əməyin mühafizəsi üzrə mütəxəssisdə çalışan şəxsin əsas və ya əlavə iş yeri olması, eləcə tam və ya natamam iş vaxtı ilə çalışması haqqında xüsusi qeydlər yoxdur. O səbəbdən də, qeyd edilən iş vaxtı üzrə işçi çalışa bilər ki, önəmlisi odur ki, əməyin mühafizəsi xidmətləri üzrə müəyyən olunan tələbləri yerinə yetirmiş olsun.
1024 səhifəlik nəşrin əhatə etdiyi mövzularla daha yaxından tanış olmaq üçün geniş və qısa mündəricata baxa bilərsiniz:
Geniş mündəricat:
https://mks.az/upload_files/pdf/2026/12-genishmundericat2026.pdf
Qısa mündəricat:
https://mks.az/upload_files/pdf/2026/0-On-Soz%2BMundericat%3DEU_2026.pdf
Kitabın qiyməti:
Kağız formatda - 60 manat
Elektron formatda - 24 manat
Kitabı həm fərdi qaydada, həm də təşkilat adından (müqavilə, elektron qaimə-faktura və s. sənədləşmə ilə) əldə etmək mümkündür.
Çatdırılma ödənişsizdir!
Bakı şəhəri ilə yanaşı, regionlar da daxil olmaqla istənilən ünvana çatdırılma ödənişsiz həyata keçirilir
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın