YENİ DƏYİŞİKLİK! Mikro sahibkarlıq subyektindən kiçik sahibkarlıq subyektinə keçid necə stimullaşdırılır? (3 VACİB MƏQAM)

YENİ DƏYİŞİKLİK! Mikro sahibkarlıq subyektindən kiçik sahibkarlıq subyektinə keçid necə stimullaşdırılır? (3 VACİB MƏQAM)

Satışı davam edən "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024" kitabından seçmə

Vergi Məcəlləsinin 102.1.30-cü maddəsinə edilən digər əlavəyə əsasən, vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır.
Bu əlavənin məqsədi mikro sahibkarlıq subyekti olan vergi ödəyicisinin kiçik sahibkarlıq subyektinə keçidini stimullaşdırmaqdır. Qeyd edək ki,  Nazirlər Kabinetinin 556 saylı qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü MEYARLARI” təsdiq edilib.
Maddədə diqqət yetiriləsi 3 vacib məqama nəzər salaq.
Birinci məqam. Mikro sahibkarlıq subyektini kiçik sahibkarlq subyektinə keçidə stimullaşdırmağın bir şərti Vergi Məcəlləsinin 102.1.30-cü maddəsindəki 75 faizlik vergi güzəştindən istifadə etməməkdir.  
Misal üçün, vergi ödəyicisinin müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən çoxdur və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmadığı üçün mikro sahibkarlıq subyektu 75 faizilik güzətdən istifadə edibsə, o zaman kiçik sahibkarlıq subyektinə keçid zamanı qeyd edilən güzəşt tətbiq edilməyəcək.
İkinci məqam. Mikro sahibkarlıq subyektindən kiçik sahibkarlıq subyektinə keçid zamanı maksimum 3 illik dövr nəzərdə tutulur. Vergi ödəyicisi bir, iki və üç ildən sonra kiçik sahibkarlıq subyektinə keçərsə, ötən dövr və dövrlər üçün hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində güzəşt hüququndan istifadə edəcək.
Misal. Mikro sahibkar subyekti 2024-cü və 2025-ci ildə gəlir vergisi ödəyicisi kimi 20 faizlik dərəcə ilə vergi ödəyib və 75 faizlik vergi güzəştindən istifadə etmək hüququna malik olmayıb. 2026-cı ildə vergi ödəyicisi kiçik sahibkarlıq subyekti olduğu halda, həmin il üzrə hesablanmış gəlir vergisi öhdəliyindən 2024 və 2025-ci illər üzrə hesablanmış gəlir vergisinin 75 faizi qədər məbləğ çıxılacaq.
Üçüncü məqam. Mikro sahibkarlıq subyekti mütləq 3 il ərzində kiçik sahibkarlıq subyektinə keçməlidir ki, Vergi Məcəlləsində nəzərdə tutulan stimullaşdırıcı güzəştdən istifadə etsin.
İndi isə prosesi misalla izah edək.
Misal. İnformasiya texnologiyaları sahəsində fəaliyyət göstərən və mikro sahibkarlıq subyektinə aid edilən vergi ödəyicisininin hər hansı işçisi yoxdur. Vergi ödəyicisinin 2024-cü il üzrə vergiyə cəlb edilən gəliri 100 000 manat olduğundan gəlir vergisi 20 000 manat (100 000 manat (gəlir) x 20 faiz (verginin dərəcəsi)) olub. Vergi ödəyicisinin 2025-ci il üzrə gəliri 150 000 manata yüksəldiyi üçün gəlir vergisi 30 000  manat ((150 000 manat (gəlir) x 20 faiz (verginin dərəcəsi)) təşkil edib. Vergi ödəyicisinin 2026-ci il tarixdə gəliri 220 000 manat olduğu üçün kiçik sahibkarlıq subyekti hesab edilib. Bu zaman vergi ödəyicisi 44 000 manat (220 000 (gəlir) x 20 faiz (vergi dərəcəsi)) gəlir vergisi hesablasa, Vergi Məcəlləsinin 102.1.30-cü maddəsinin tələbləri üzrə dövlət büdcəsinə bəyan edəcəyi məbləğ 6 500 manat (44 000 manat (2026-ci il üzrə gəlir vergisi) – 22 500 manat (2025 ci il üzrə gəlir vergisinin 75 faizi) – 15 000 manat (2024-cü il üzrə gəlir vergisinin 75 faizi)) təşkil edəcək. Göründüyü kimi, vergi ödəyicisi bəyan etdiyi 44 000 manatlıq gəlir vergisi üzrə 6 500 manat vergi ödəyəcək ki, bu da 37 500 manat azalmadır.
Sonda bir məqamı da bildirək ki, mikro sahibkarlıq subyektinin illik gəliri 200 000 manatdan çox olduqda kiçik sahibkarlıq subyektinə keçdiyi halda, o, təqdim olunan mallara (iş, xidmətlərə) görə 18 faizlik dərəcə ilə ƏDV tətbiq etmək məcburiyyətində qalacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Fevraldan satışda

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Fevraldan satışda

8. Əmək Bələdçisi - 2024 - Fevraldan satışda

9. Əmək Platforması - 2024 - Fevraldan satışda

10.  Vergi Platforması - 2024 - Fevraldan satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IVnəşr)  - Fevraldan satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - Mart 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər