Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Vergi ödəyicisi hansı maliyyə məlumatlarını vergi orqanına təqdim etməlidir?

  • Əsas səhifə
  • Təlimlər
  • 0 Komment
  • 12 İyul 2023

Vergi ödəyicisi hansı maliyyə məlumatlarını vergi orqanına təqdim etməlidir?

Satışı yalnız kitabxanalarda həyata keçirilən "Vergi uçotu: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 16.1.6-ci maddəsinə əsasən,  bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. 
Maddədə diqqət yetiriləsi 3 məqam var. Birinci məqam ondan ibarətdir ki, maddənin öncəki redaksiyasında yalnız kağız daşıyıcılarda olan məlumatlar qeyd edilirdisə, hazırkı variantda konkret olaraq kağız və elektron daşıyıcılarda olan məlumatların verilməsi vergi ödəyicisinin vəzifəsinə aid edilib.
İkinci məqam odur ki, vergi orqanının tələbi ilə vergi ödəyicisi maliyyə hesabatlarını təqdim etməlidir. Qeyd edək ki, maliyyə hesabatlarının təqdim olunması tələbi mikro və kiçik sahibkarlıq subyektlərinə şamil edilmir. “Mühasibat uçotu haqqında” AR Qanununun 10.1.1-ci maddəsinə əsasən, iri və orta sahibkarlıq subyektləri maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib etməlidirlər. Bu halda iri və orta sahibkarlıq subyektləri mühasibat uçotunu Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun aparırlar, və ya öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib etmək hüququna malikdirlər. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən  maliyyə hesabatlarının tam toplusu aşağıdakı komponentlərdən ibarətdir:
- Maliyyə vəziyyəti haqqında hesabat (1 nömrəli əlavə);
- Məcmu mənfəət və zərər haqqında hesabat (2 nömrəli əlavə);
- Kapitalda dəyişikliklər haqqında hesabat (3 nömrəli əlavə):
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (4 nömrəli əlavə);
- Qeydlər.
Üçüncü məqam ondan ibarətdir ki, vergi orqanının tələbi ilə vergi ödəyicisi maliyyə hesabatını təqdim etməzsə, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 57.3-cü maddəsinə uyğun olaraq, Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulan halda vergi hesabatı təqdim edilərkən vergi orqanının tələbi ilə maliyyə hesabatlarının təqdim edilməməsinə,  vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilə bilər.
Sonda bir daha vurğulayırıq ki, orta və iri sahibkarlıq subyektləri tərəfindən maliyyə hesabatlarının təqdim edilməsi mütləq şərt deyil. Yəni, vergi ödəyicisi mənfəət (gəlir) vergisi bəyannaməsi təqdim etdikdə, onun maliyyə hesabatlarını da verməsinə ehtiyac olmayacaq. Vergi orqanı mənfəət (gəlir) vergisi bəyannaməsinin yoxlanılması üçün  maliyyə hesabatlarına ehtiyac yarandığı halda, vergi ödəyicisindən həmin hesabatları tələb etmək hüququna malikdir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

Bütün kitabların satışı yalnız kitabxanalar kitabxanalar vasitəsiylə həyata keçirlə bilər
1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    12 İyun 202609:17

    İşçiyə edilən hansı ödənişlər muzdlu işlə əlaqədar fəaliyyətdən əldə olunan gəlirə daxil edilir? (4 misalla izah)

    11 İyun 202609:45

    ƏLA XƏBƏR! ƏDV Depozit hesabından sosial ayırmalar üzrə ödənişləri edə biləcəyik?

    11 İyun 202609:11

    12 aydan az müddətdə işləyənlər üçün əmək məzuniyyətinin hesablanmasında hansı dəyişiklik tətbiq edildi? (Misalla izah)

    Populyar məqalələr

    19 May 202612:18

    RƏSMİ! Baş nazir Əli Əsədov müavinətlərlə bağlı yeni qaydaların qüvvəyə minmə tarixini təsdiqlədi

    18 May 202615:31

    Hamiləliyə və doğuma görə müavinətin proaktiv hesablanması ilə bağlı bildiriş forması təqdim edilir (FORMA)

    26 May 202610:26

    ƏMAS Platformasında YENİLİK! Qismən sosial ödənişli məzuniyyət əmri ilə bağlı MƏHDUDİYYƏT

    21 May 202612:01

    YENİLİK! ƏMAS altsistemində tərtib olunan sosial məzuniyyət əmri e-gov.az portalına avtomatik əks olunur

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Məqalələr

    İşçiyə edilən hansı ödənişlər muzdlu işlə əlaqədar fəaliyyətdən əldə olunan gəlirə daxil edilir? (4 misalla izah).

    • 12 İyun 2026

    Vergi işi

    ƏLA XƏBƏR! ƏDV Depozit hesabından sosial ayırmalar üzrə ödənişləri edə biləcəyik?.

    • 11 İyun 2026

    Məqalələr

    12 aydan az müddətdə işləyənlər üçün əmək məzuniyyətinin hesablanmasında hansı dəyişiklik tətbiq edildi? (Misalla izah).

    • 11 İyun 2026

    Məqalələr

    Məzuniyyət zamanı niyə həmişə “sonuncu əmək haqqı” anlayışı tətbiq edilməlidir?.

    • 10 İyun 2026

    Məqalələr

    Bayramdan öncəki iş gününün müddətinin 1 saat qısaldılması ilə bağlı hansı fərqli yanaşma oldu?.

    • 09 İyun 2026

    Məqalələr

    İşəgötürənin vergi sirrini yaymaq halında əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndi ilə xitam veriləcək?.

    • 08 İyun 2026

    Məqalələr

    Distant iş forması əmək şəraitinin əlavə şərti hesab olunacaq? (3 VACİB MƏQAM).

    • 05 İyun 2026

    Məqalələr

    Hansı hallarda ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 8 faiz əvəzinə 6 faiz vergi ödəyəcəklər?.

    • 04 İyun 2026

    Məqalələr

    Müavinətlə bağlı Nazirlər Kabinetinin 31 nömrəli qərarı ilə bağlı yeni dəyişiklik: tətbiq tarixi rəsmiləşdirildi? (YENİ).

    • 04 İyun 2026

    Məqalələr

    İşçi istifadə edilməmiş məzuniyyətə görə kompensasiya aldıqda, gəlir vergisi necə hesablanacaq?.

    • 03 İyun 2026

    Məqalələr

    Hansı halda arayış və rəy olmadan işə qəbul qadağan edilir? (YENİ).

    • 03 İyun 2026

    Məqalələr

    Vergi Məcəlləsinin 102.5-ci maddəsinə uyğun tətbiq edilən 50 manatlıq güzəştlə bağlı VACİB MƏQAMLAR.

    • 02 İyun 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur