Çərşənbə, 06 İyul 2022 05:30

Teymur Tuncayın təqdimatında: Mənfəət vergisi bəyannaməsinin tərtibində yenilik

Mənfəət vergisi bəyannaməsinin tərtibi və təqdim edilməsi ilə bağlı Bəyannamə Tərtibatı Proqramında mühüm təklimlləşdirmələr aparılıb. 

Vergi Məcəlləsinin 72.4-1-ci maddəsinə əsasən, Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallarda vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır və hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir.
Vergi Məcəlləsinə bu ildən əlavə edilən 72.4-1-ci maddəsi ilə 163-cü maddədə nəzərdə tutulmuş halların bəyannamədə əks etdirilməsi ümumi norma kimi tanınıb. Yəni, əməliyyat tam və ya qismən ləğv edildikdə, mallar geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi ilə əlaqədar razılaşdırılmış kompensasiya dəyişdikdə və s. bu kimi əsaslar yarandıqda həmin dəyişikliyin baş verdiyi hesabat dövründə nəzərə alınmalıdır. Bu məsələ ƏDV-yə münasibətdə indiyədək də qeyd olunan qaydada tənzimlənirdisə, mənfəət (gəlir) vergisi ilə bağlı müəyyən boşluqlar var idi. Məcəlləyə edilmiş dəyişikliklə 163-cü maddənin tələbləri mənfəət (gəlir) vergisinə də şamil olundu
Məcəlləyə edilmiş dəyişikliyin bəyannamə formasında əks etdirilməsi Dövlət Vergi Xidmətinin 23 fevral 2022-ci tarixli Əmri ilə təsdiq edilsə də, indiyədək Bəyannamə Tərtibatı Proqramına (BTP) müvafiq sətirlər işlənməmişdi. BTP-nin sonuncu 4.3.4-cü versiyasında isə yeni sətirlər əks olunub. Belə ki, mənfəət vergisi bəyannaməsinin 219.6-cı kodlu “Dəqiqləşdirilən əməliyyatlar hesabına azaldılan gəlir” və 235.3 kodlu “Dəqiqləşdirilən əməliyyatlar hesabına azaldılan xərc” sətirləri yeni versiyada mövcuddur.
Misal: "AA" MMC tərəfindən 2021-ci ildə 1.500 manatlıq mal təqdim edilib. Həmin ilin mənfəət vergisi bəyannaməsində 1.500 manat gəlir kimi tanınıb, eyni zamanda malın dəyəri 900 manat göstərilib. 2022-ci ildə "AA" MMC-nin təqdim etdiyi 500 manatlıq (satış qiyməti ilə) mallar geri qaytarılıb. Bu əməliyyata görə vergi ödəyicisinin 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsinə dəqiqləşmə verilməməlidir. 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsi tərtib edilərkən 219.6-cı sətirdə 500 manat, 235.3-cü sətirdə isə 300 manat yazılmaqla nəzərə alınmalıdır.
Dəqiqləşmə üzrə artırılan gəlir və xərclərin isə ayrıca sətirdə qeyd edilməsinə ehtiyac yoxdur, bunlar müvafiq sətirlərdə əks etdirilə bilər.
Məsələnin qanunvericilikdə bu cür qoyulması həm də vergidən yayınma sxemlərinin və sui-istifadə hallarının qarşısını alır. Belə ki, bəzi vergi ödəyiciləri mənfəət vergisi məbləğinin "şişməsinin" qarşısını almağa əvvəlki ildə təqdim edilmiş elektron qaimə-fakturaları ləğv etməklə nail olurdularsa, artıq bunu birbaşa etmək mümkün olmayacaq.
Eyni zamanda, həm qanunvericilik, həm də texniki baxımdan məsələnin bu formada qoyuluşunu müsbət və mütərəqqi addım kimi qiymətləndirmək lazımdır. Ən azından ona görə ki, dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim etmək heç də həmişə mühasiblərin ürəyincə olmur.

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın