Amortizasiya xərclərini mənfəət (gəlir) bəyannaməsinə işləyərkən nələrə diqqət yetirmək lazımdır?

Amortizasiya xərclərini mənfəət (gəlir) bəyannaməsinə işləyərkən nələrə diqqət yetirmək lazımdır?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Əsas vəsaitlərə amortizasiyanın hesablanması ilə bağlı “Əsas vəsaitlər” bölməsində geniş məlumat vermişik. O səbəbdən burada əsas vəsaitlərə hesablanan amortizasiyanıın Mənfəət vergisi bəyannaməsində necə əks etdirilməsini nəzərdən keçirəcəyik.

Mİsal 1. Vergi ödəyicisinin nəqliyyat vasitələrinin 2020-ci ilin əvvəlinə ilkin dəyəri 40 000 manat təşkil edib. Vergi Məcəlləsinin 114.3-cü maddəsində amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları təsbit edilib. Nəqliyyat vasitələri üçün illik amortizasiya norması 25 faizədək müəyyənləşdirilib. Vergi ödəyicisi 10 000 manatlıq amortizasiyasını Mənfəət vergisi bəyannaməsinin “Xərclər” bölməsinin 227.2-ci bəndində qeyd etməlidir. Həmçinin, vergi hesabatının 1 saylı Əlavəsinin “Dövr ərzində silinmişdir” bölməsində qeydlər aparılmalıdır:

Mİsal 2. Vergi ödəyicisi ilin əvvəlinə qalıq dəyəri 120 000 manat olan maşın və avandanlıq üzrə 30 000 manat amortizasiya hesablayaraq, Mənfəət vergisi bəyannaməsində qeyd edib. Vergi Məcəlləsinin 114.3.2-ci maddəsində maşınlar və avadanlıq üzrə illik amortizasiya norması 20 faiz müəyyən olunsa da, vergi ödəyicisi 25 faiz ((30 000 manat / 120 000 manat) x 100 faiz) amortizasiya hesablayıb. Vergi ödəyicisinin amortizasiyanı çox hesablamasını AVİS proqramı ilə müəyyən etmək mümkün olduğundan vergi orqanı tərəfindən aşağıdakı məzmunda kameral uyğunsuzluq məktubunun göndərilməsi mümkündür:

“Təqdim etdiyiniz Mənfəət vergisi bəyannaməsinin hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 1231.2-ci sətrindəki (Maşın, avadanlıq və hesablama texnikası üzrə hesablanmlş amortizasiya) _______ manat məbləği, bəyannamənin əlavəsinin (2-ci bölmədə vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumat) 1.1.2-ci sətrinin (Əsas vəsaitlərin maşın, avadanlıq və hesablama texnikası üzrə kateqoriyası) hesabat dövrünün sonuna sütundakı ________ manat məbləği üstəgəl (toplamaq, +) 1231.2-ci sətrindəki ______ manat məbləğ və bu _______ manat cəmin Vergi Məcəlləsinin 114.3.2-ci maddəsində nəzərdə tutulmuş 20 faiz amortizasiya normasına hasilindən (vurulmasından, *) yaranan ________manat məbləğindən böyük olduğuna görə kameral vergi yoxlaması aparılması mümkün olmayıb.

Vergi ödəyicisi əsas vəsaitlərin amortizasiyası ilə bağlı vergi orqanı tərəfindən kameral uyğunsuzluq məktubunun gəlməməsi üçün amortizasiya məbləğlərini Vergi Məcəlləsinin tələblərində müəyyən edilən maksimum məbləğdən yüksək nəzərə almamalıdır. Mümkündür ki, vergi ödəyicisi mühasibat uçotuna uyğun olaraq əsas vəsaitin amortizasiyasını başqa metodla hesabladığı üçün amortizasiya norması yüksək olsun, o halda Mənfəət vergisi bəyannaməsində Vergi Məcəlləsində müəyyən edilən normadan yüksək olmayan hissəsini qeyd etməlidir. Vergi orqanı gəlirdən çıxılmasına icazə verilən amortizasiya həddini Vergi Məcəlləsini 114.3-cü maddəsinə uyğun olaraq həyata keçirir.

Mİsal 3.  Vergi ödəyicisi vergi qanunvericiliyinə uyğun olaraq hesablanan illik amortizasiya normasının bir hissəsini növbəti ildə nəzərə alır. Vergi ödəyicisi qalıq dəyəri 48 000 manat olan nəqliyyat vasitəsinin illik amortizasiya məbləğini maksimim həddə - 12 000 manat (48000 manat x 25 faiz) hesablasa da, qərar verir ki, 2020-ci ildə həmin amortizasiya məbləğinin 8000 manatını bəyannamədə qeyd etsin. Prosesin bəyannamədə qeyd olunmasını izah etməzdən öncə vergi ödəyicisinin bu qərarı ən çox hansı hallarda verməsinə aydınlıq gətirək. Vergi ödəyicisinin 2020-ci ildə gəlirdən çıxılan xərcləri çox olduğu üçün yekun mənfəətin dövriyyəyə nisbətən az müəyyən edilməsi gözlənilir. Təbii ki, vergi ödəyicisi hər hansı sabit xərcini (əmək haqqı, icarə və s.) növbəti ilə saxlaya bilməz, əsas vəsaitin amortizasiyasında bu imkan yaradıldığı üçün, o, mənfəətini artırmaq və zərərini azaltmaqla təxirə saldığı xərcini növbəti ildə nəzərə almağa qərar verir.

Vergi ödəyicisi 12000 manatlıq amortizasiya məbləğinin 8000 manatını Mənfəət vergisi bəyannaməsinin “Xərclər” bölməsinin 227.2-ci bəndində qeyd etməklə yanaşı, 4000 manatı (12000 manat – 8000 manat) bəyannamənin “Hesabat dövrü üçün verginin hesablanması” bölməsinin 247-ci, “Vergi Məcəlləsinin 114.4-cü maddəsi ilə hesablanmış, lakin növbəti illərdə nəzərə alınacaq amortizasiya məbləği” sətrində qeyd edəcək:

Vergi ödəyicisi xərclərdə göstərmədiyi amortizasiya xərclərini 2020-ci ilin bəyannaməsində müvafiq qaydada qeyd etməklə, 2021-ci ildə  həmin vəsaiti xərc kimi tanıdıqda vergi orqanından hər hansı kameral uyğunsuzluq gəlmir.

Qeydlər:

- Vergi Məcəlləsinin 114.3-1-cü maddəsinə əsasən, mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər. Bu haqda “Əsas vəsaitlər” bölməsində geniş məlumat vermişik.

- Vergi ödəyicisinin əsas vəsaitin kateqoriya üzrə xərclərdə qeyd etmədiyi qalığı gələcəkdə həmin əsas vəsait üzrə nəzərə alınmalıdır. Misal üçün, 2020-ci ildə bina üzrə qalıq amortizasiya məbləğini 2021-ci ildə nəqliyyat vasitələri üzrə nəzərə ala bilməz.

- Vergi ödəyicisi amortizasiya xərcinin müəyyən hissəsinin növbəti ilə saxlanılmasına qərar versə də,  ümumi amortizasiya məbləğini Mənfəət vergisi bəyannaməsinin 1 saylı əlavəsində qeyd etməlidir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər