ƏMAS altsistemində edilən son dəyişikliklərə əsasən, işçinin vəzifə (tarif) maaşının artıq əmək müqaviləsində ayrıca qeyd edilməsinə icazə verilməyəcək. Bu səbəbdən “Əmək müqaviləsi” bölməsində yerləşən “Vəzifə/Tarif maaşı” altbölməsi deaktiv ediləcək.
Bundan sonra həmin məlumatlar ştat cədvəli üzrə daxil edilən məlumatlar əsasında sistem tərəfindən avtomatik əldə olunacaq.
Qeyd edək ki, 14 mart 2026-cı il tarixdə keçiriləcək “İş vaxtı və iş rejimi: A-dan Z-yə” mövzusunda tematik təlimdə ƏMAS altsistemində edilən son yeniliklər və praktiki tətbiq məsələləri haqqında da ətraflı məlumat veriləcək.
Növbəti tematik təlim 14 mart 2026-cı il tarixdə " İş vaxtı və iş rejimi: A-dan Z-yə" mövzusunda onlayn qaydada olacaq. Tematik təlimdə əmək qanunvericiliyində iş vaxtının düzgün tətbiqi və hesablanması ilə bağlı praktiki məsələlər bu təlimdə misallar üzərindən izah ediləcək.
Təlimdə müzakirə olunacaq əsas mövzular:
▪️ Növbəli iş rejiminin tətbiqi qaydası
▪️ İş vaxtının cəmlənmiş uçotu
▪️ Gecə vaxtı, gecə və axşam növbəsi üzrə əmək haqqının hesablanması
Təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla (what's app da aktivdir) əlaqə saxlamağınız xahiş olunur.
0 Komment
Şərh yazın