"Əmək Məcəlləsi 2026" kitabının mündəricatı (FAYL ŞƏKLİNDƏ)

"Əmək Məcəlləsi 2026" kitabının mündəricatı (FAYL ŞƏKLİNDƏ)

496 səhifəlik "Əmək Məcəlləsi 2026" kitabı 28 fevral 2026-cı il tarixdən satışda olması gözlənilir

“Əmək Məcəlləsi 2026 (1 fevral 2026-cı il tarixinə son dəyişikliklərin izahı ilə)” adlı bu nəşr MKS Academy-nin ekspertləri tərəfindən Əmək Məcəlləsində edilmiş son dəyişikliklər nəzərə alınmaqla hazırlanmış, geniş izah və praktiki misallarla zənginləşdirilmiş elmi-praktik vəsaitdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 16 yanvar 2026-cı il tarixdə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir. Qəbul edilmiş dəyişikliklər Əmək Məcəlləsinin bir sıra maddələrini əhatə etməklə, qanunvericiliyin təkmilləşdirilməsinə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarının tələblərinin nəzərə alınmasına və əmək münasibətlərinin müasir iqtisadi reallıqlara uyğunlaşdırılmasına xidmət edir.
Nəşrdə Əmək Məcəlləsində baş vermiş dəyişikliklər geniş və praktik izah olunmuş, tətbiq zamanı yarana biləcək suallar 100-ə yaxın misal üzərindən açıqlanmışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 fevral 2026-cı il tarixli qərarı – əmək müqaviləsinə xitam zamanı istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması ilə bağlı hüquqi mövqeyi – ətraflı şəkildə şərh edilmişdir.
Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2026-cı il tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası” barədə geniş izah verilmişdir. Yeni qaydanın tətbiqi nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə müavinətlərin hesablanmasında tətbiq edilən mexanizmlərdə mühüm dəyişikliklər baş vermişdir və bu dəyişikliklər sistemli şəkildə təhlil edilmişdir.
Kitaba 2 fevral 2026-cı il tarixinədək edilmiş son düzəliş və əlavələr nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin mətni daxil edilmişdir. Həmkarlarımızın işini asanlaşdırmaq məqsədilə müvafiq maddələr üzrə aidiyyəti icra hakimiyyəti orqanlarının açılışları da əlavə edilmişdir.

"Əmək Məcəlləsi 2026" kitabının mündəricatı yükləyin

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər