Distant iş hansı işçilərə tətbiq olunacaq? (5 Misalla izah)
Satışı davam edən "Əmək Məcəllləsi 2026 (son dəyişikliklərin izahı)" kitabından seçmə
Son dövrlərdə həm ölkəmizdə, həm də xarici ölkələrdə məsafədən (distant) iş sisteminə keçid aktuallaşmışdır. Xüsusilə COVID-19 pandemiyası dövründə əksər işəgötürənlər işçilərin evdən işləməsi üçün şərait yaratmışdır. Əmək Məcəlləsində təsdiq edilən son dəyişikliklərə qədər də bir çox işəgötürənlər distant iş rejimini tətbiq edirdilər. Lakin bu vaxta qədər Əmək Məcəlləsində distant iş rejimini birbaşa tənzimləyən ayrıca norma mövcud deyildi. Bu baxımdan, ilk növbədə Əmək Məcəlləsinin 3-cü maddəsinə əlavə edilmiş anlayışı təqdim edək:
9-2. Məsafədən (distant) iş — əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə) yerinə yetirilməsidir.
Maddənin daha yaxşı anlaşılması üçün anlayışı hissələrə bölərək əsas məqamlara diqqət yetirək.
Birinci diqqət yetiriləsi məqam işçinin əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə yerinə yetirilməsinin mümkün olmasıdır.
Misal 1. İşəgötürən qaynaqçı vəzifəsində çalışan işçiyə distant iş rejimi tətbiq edə bilməz. Çünki həmin işçi əmək funksiyasını yalnız istehsalat sahəsində, yəni iş yerində həyata keçirə bilər.
Misal 2. İşəgötürən informasiya texnologiyaları üzrə mütəxəssis olan işçinin əmək müqaviləsinə dəyişiklik edərək onun distant iş rejimində çalışmasını müəyyən edə bilər. Belə ki, həmin vəzifə üzrə əmək funksiyası elektron, proqram-texniki və telekommunikasiya vasitələri vasitəsilə məsafədən yerinə yetirilə bilər.
Misal 3. İşəgötürən mühasib vəzifəsində çalışan işçinin əmək müqaviləsinə distant iş rejimi ilə bağlı dəyişiklik edir. Dəyişikliyə əsasən, beşgünlük iş rejimində çalışan işçi həftənin çərşənbə axşamı və cümə günləri işəgötürənin iş ünvanında, həftənin digər günlərində isə evdən distant iş rejimində çalışır.
İkinci əsas məqam işçinin əmək funksiyasını yerinə yetirdiyi məkan ilə bağlıdır. Maddədə qeyd edilir ki, əmək funksiyası müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda, yəni işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə yerinə yetirilməlidir.
Misal. İnsan resursları üzrə mütəxəssis vəzifəsində çalışan işçi evində əmək funksiyasını yerinə yetirərək ƏMAS altsistemi üzrə əmək müqavilələri ilə bağlı fəaliyyət həyata keçirir. Bu halda distant iş rejimində çalışan işçinin iş yeri onun yaşayış ünvanı hesab edilir.
Eyni zamanda mümkündür ki, işçi distant iş rejimində əmək funksiyasını evdən deyil, digər ünvandan həyata keçirsin.
Misal. Tədris mərkəzində təlimçi vəzifəsində çalışan işçi birgə iş (co-working) formasında fəaliyyət göstərən mərkəzdə həmin mərkəzin müştərilərinə təlimlər keçirir. Bu zaman işçinin iş ünvanı nə Tədris Mərkəzi, nə də yaşayış ünvanı deyil, digər ünvan — birgə iş məkanı hesab olunur.
Bəs distant iş rejimində çalışan işçi ilə bağlı hansı şərtlər müəyyən edilə bilər? Əmək Məcəlləsinin 55-ci maddəsinə əlavə edilmiş ikinci hissəyə əsasən, əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində müəyyən edilir. Bu səbəbdən, növbəti bölmələrdə əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi ilə bağlı əmək şəraitinin əlavə şərtləri barədə daha ətraflı məlumat veriləcəkdir.
Növbəti tematik təlim 14 mart 2026-cı il tarixdə " İş vaxtı və iş rejimi: A-dan Z-yə" mövzusunda onlayn qaydada olacaq. Tematik təlimdə əmək qanunvericiliyində iş vaxtının düzgün tətbiqi və hesablanması ilə bağlı praktiki məsələlər bu təlimdə misallar üzərindən izah ediləcək.
Təlimdə müzakirə olunacaq əsas mövzular:
▪️ Növbəli iş rejiminin tətbiqi qaydası
▪️ İş vaxtının cəmlənmiş uçotu
▪️ Gecə vaxtı, gecə və axşam növbəsi üzrə əmək haqqının hesablanması
Təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla (what's app da aktivdir) əlaqə saxlamağınız xahiş olunur.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın