Müharibə veteranı, pedaqoji işçi və digər sosial kateqoriyaya aid şəxslərə kompensasiya necə hesablanır? (Misallarla izah)

Müharibə veteranı, pedaqoji işçi və digər sosial kateqoriyaya aid şəxslərə kompensasiya necə hesablanır? (Misallarla izah)

Satışı davam edən "Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)" kitabından seçmə

Əmək Məcəlləsinin 118-ci, 119-cu, 120-ci və 121-ci maddələri müəyyən sosial kateqoriyalara aid işçilərə daha uzun müddətli əmək məzuniyyəti verilməsini nəzərdə tutur. Bu maddələr üzrə müəyyən edilən müddət həmin kateqoriya üçün ümumi əmək məzuniyyəti müddəti hesab olunur.
Lakin nəzərə almaq lazımdır ki, həmin işçilər üçün məzuniyyət hüququ yalnız bu maddələrlə məhdudlaşmır — Əmək Məcəlləsinin 115–117-ci maddələri, eləcə də 118-1-ci maddə ilə nəzərdə tutulan əlavə məzuniyyət hüquqları da müvafiq hallarda ayrıca tətbiq oluna bilər.

Misal 1. Məktəbdə müəllim vəzifəsində çalışan işçiyə Əmək Məcəlləsinin 118-ci maddəsinə uyğun 56 gün müddətində əmək məzuniyyəti müəyyən edilib. Həmin işçinin 20 il əmək stajı olsa da, Əmək Məcəlləsinin 116-cı maddəsindəki 6 gün müddətində əlavə məzuniyyət ayrıca verilməyəcək.
Bunun səbəbi ondan ibarətdir ki, Əmək Məcəlləsinin 118-ci maddəsi pedaqoji işçilər üçün artıq uzadılmış əmək məzuniyyəti müddəti müəyyən edir və bu müddət həmin kateqoriya üzrə ümumi əmək məzuniyyəti norması hesab olunur. Yəni bu halda 116-cı maddə üzrə staja görə əlavə məzuniyyət 118-ci maddə üzrə müəyyən edilən müddətin üzərinə əlavə edilmir.
Əmək müqaviləsinə xitam zamanı işçiyə kompensasiya hesablanarkən artıq 56 gün əsas götürüləcək və hesablanma həmin müddət üzərindən aparılacaq.

Misal 2. Müharibə veteranı olan işçinin birinci iş ilinin 4-cü ayında əmək müqaviləsinə xitam verilir. Müharibə veteranları üçün Əmək Məcəlləsinin 120-ci maddəsinə əsasən illik əmək məzuniyyəti 46 təqvim günü müəyyən edilmişdir.
İşçi həm də işğaldan azad edilən ərazidə mütəxəssis kimi çalışdığı üçün Əmək Məcəlləsinin 118-1-ci maddəsinə əsasən 5 gün əlavə məzuniyyət hüququ şamil edilir. Çünki Əmək Məcəlləsinin 118-1-ci maddəsindəki əlavə məzuniyyət, Əmək Məcəlləsinin 118-ci, 119-cu, 120-ci və 121-ci maddələri üzrə məzuniyyət hüququ olan işçilərin əmək məzuniyyətinin üzərinə əlavə edilir.

Beləliklə, işçinin illik əmək məzuniyyəti aşağıdakı kimi formalaşır:
46 gün (müharibə veteranı kimi əmək məzuniyyəti) + 5 gün (işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssis kimi əlavə məzuniyyət)= = 51 gün
İndi isə iş ilinin 4-cü ayında xitam verilən işçi ilə bağlı istifadə edilməmiş məzuniyyət günlərini müəyyən edək:
12 ay – 51 gün
4 ay – X gün
X gün = (51 gün × 4 ay) / 12 ay = 17 gün
Beləliklə, işçiyə 17 gün müddətində istifadə edilməmiş əmək məzuniyyəti üzrə kompensasiya hesablanmalıdır.

Əmək Məcəlləsində edilən dəyişikliklər, Konstitutsiya Məhkəməsinin əlavə məzuniyyətlə bağlı qərarı eləcə də Nazirlər Kabinetinin müavinətlə bağlı qərarında edilən dəyişikliklərin geniş izahı verilən "Əmək Məcəlləsi 2026" kitabını sifariş etmək üçün 050-368-12-72 saylı telefonun what's app nömrəsinə və ya mksacademy2022@gmail.com email adressinə yazmaq lazımdır. İstənilən ünvana (regionlar da daxil olmaqla) çatdırılma ödənişsizdir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər