Hansı halda 14 gündən çox müddət üçün müavinət məbləği işəgötürən tərəfindən ödəniləcək? (Misalla izah)

Hansı halda 14 gündən çox müddət üçün müavinət məbləği işəgötürən tərəfindən ödəniləcək? (Misalla izah)

Satışı davam edən "Əmək Məcəllləsi 2026 (son dəyişikliklərin izahı)" kitabından seçmə

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 2.17-ci bəndinə əsasən, sığortaedənin təqsiri üzündən baş verən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün bu Qaydanın 2.11-ci və 2.12-ci bəndlərinin tələbləri nəzərə alınmaqla təqsirkar sığortaedənin vəsaiti hesabına ödənilir.
Məlumatlara əsasən, sığortaçı tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi bədbəxt hadisənin rəsmiləşdirilməsi barədə İZ formalı akt təqdim edilənədək dayandırılır.
Sığortaedənin təqsiri İZ formalı akta əsasən öz təsdiqini tapmadıqda müavinət bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq sığortaedənin bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada müraciəti əsasında təyin edilir və ödənilir.
Maddənin mahiyyəti odur ki,  Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi işəgötürənin təqsiri nəticəsində baş vermiş istehsalat qəzası və ya peşə xəstəliyi ilə bağlıdırsa, bu halda müavinətin bütün məbləği – müddətindən asılı olmayaraq – işəgötürən tərəfindən ödənilir.


Mİsal. İşçi çalışdığı iş yerində istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini 40 gün müddətinə itirmişdir.
İstehsalatda bədbəxt hadisə baş verdiyi üçün dövlət qurumu tərəfindən Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilən “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması QAYDALARI”na əsasən araşdırma aparılmışdır.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, işçi işəgötürənin təqsiri səbəbindən xəsarət almışdır. Bu halda, baxmayaraq ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi 40 gün (yəni 14 gündən artıq) davam etmişdir, müavinətin bütün dövr üzrə ödənilməsi işəgötürənin vəsaiti hesabına həyata keçirilməlidir. Əgər araşdırma nəticəsində müəyyən edilərsə ki, bədbəxt hadisə işəgötürənin təqsiri səbəbindən baş verməmişdir, bu halda müavinət ümumi qaydada tətbiq olunur:
- ilk 14 gün işəgötürən tərəfindən,
- 14 gündən artıq olan hissə isə DSMF tərəfindən ödənilir (Qaydanın 2.5-ci bəndinə uyğun olaraq və 1 nömrəli əlavəyə əsasən müraciət əsasında).

Növbəti tematik təlim 14 mart 2026-cı  il tarixdə " İş vaxtı və iş rejimi: A-dan Z-yə" mövzusunda onlayn qaydada olacaq. Tematik təlimdə əmək qanunvericiliyində iş vaxtının düzgün tətbiqi və hesablanması ilə bağlı praktiki məsələlər bu təlimdə misallar üzərindən izah ediləcək.
Təlimdə müzakirə olunacaq əsas mövzular:
▪️ Növbəli iş rejiminin tətbiqi qaydası
▪️ İş vaxtının cəmlənmiş uçotu
▪️ Gecə vaxtı, gecə və axşam növbəsi üzrə əmək haqqının hesablanması

Təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla (what's app da aktivdir) əlaqə saxlamağınız xahiş olunur.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər