İki tanınmış ekspertdən fərqli yanaşma: hansı halda ödəmə mənbəyində vergi tutulmalıdır?

İki tanınmış ekspertdən fərqli yanaşma: hansı halda ödəmə mənbəyində vergi tutulmalıdır?

Vergilər Nazirliyinin dəyişiklikdə məqsədi və mks.az-ın aşkarladığı düyün nöqtəsi 

Son zamanlarda vergi ekspertləri arasında Vergi Məcəlləsində edilən son dəyişikliklərlə bağlı maraqlı müzakirələr aparılır. Vergi sahəsində tanınmış mütəxəssislər  - Tofiq Hümbətov  və İsmayıl Bağırov kənd  təsərrüfatı istehsalçısı olmayan, amma kənd  təsərüffatı məhsulları satan şəxslərə ödəniş edən vergi ödəyicilərindən ödəmə mənbəyindən verginin tutması ilə bağlı fərqli yanaşmalar bildiriblər.

Müzakirəyə səbəb İsmayıl Bağırovun həmmüəllifi olduğu kitabda yerləşdirilən aşağıdakı izah səbəb olub:

“Tutaq ki, fiziki şəxs 10 000 manat dəyərində əhalidən kənd təsərrüfatı malları alaraq, 12 000 manata vergi ödəyicisinə satır. Bu vaxt malların dəyərini ödəyən vergi ödəyicisi ödəməli olan məbləğdən 2 faiz dərəcə ilə vergi tutur və qalan məbləği fiziki şəxsə ödəyir.

12 000 manat x 2 faiz= 240 manat gəlir vergisi.

12 000 manat – 240  manat = 11 760 manat fiziki şəxsə çatacaq məbləğ.”

Tanınmış mütəxəssis Tofiq Hümbətovun bu məsələ ilə bağlı mövqeyi  fərqli olub: “Mal alqı-satqısı ilə məşgul olan uçota durmalıdır. Mal satanlardan ödəmə mənbəyində vergi tutulması nəzərdə tutulmur (maddə 150). Ona görə də malı satana 12 000 yox, 11 760 manat ödənməsi yanlışdır. Qeyd etdiyiniz kimi 2 faiz istehsalçıdan tutula bilər, ancaq o da vergidən azaddır”

İsmayıl Bağırov fikrini belə əsaslandırıb: “Vergi Məcəlləsinə izah bir maddəyə əsasən verilmir. Digər maddələr də nəzərə alınmalıdır. Kənd təsərrüfatı məhsulunu onu istehsal edən satdıqda vergidən azaddır. Vasitəçi satdıqda isə vergi tutulur. Diqqət etsəniz, bu misalda kənd təsərrüfatı məhsulunun istehsalçısından vergi tutulmasından söhbət getmir, onu istehsalçıdan alıb mağazaya satan vasitəçi nəzərdə tutulur.”

Bəs, Vergilər Nazirliyi nə deyir?

 Oxşar məsələ Vergilər Nazirliyinin vergi ödəyiciləri üçün hazırladığı sual-cavab formasında olan  maarifləndirici broşurda da verilmişdi:

Sual:  Mən təqaüdçüyəm, yaşadığım kənddə qonşuların yetişdirdiyi müxtəlif meyvə və tərəvəzi alaraq öz avtomobilimlə Bakı şəhərinə gətirərək mağazalara satıram. Bu halda vergi ödəməliyəmmi?

Cavab: Kənd təsərrüfatı məhsullarının digər şəxslərdən tədarük edilərək satılması vergiyə cəlb olunur. Bu zaman tərəfinizdən alınmış kənd təsərrüfatı məhsulları vergi ödəyicilərinə (mağazalara) satılarkən həmin məhsulların dəyərini Sizə ödəyən şəxs ödənməli olan məbləğdən 2 faiz dərəcə ilə vergi tutur və qalan məbləği Sizə ödəyir. Bununla da, əldə etdiyiniz gəlirdən vergi öhdəliyi yerinə yetirilmiş olur və əlavə olaraq vergi orqanında qeydiyyata alınmaqla bəyannamə təqdim etmək öhdəliyiniz yaranmır.

 Əgər digər şəxslərin yetişdirdiyi meyvə və tərəvəzi satın alaraq öz avtomobilinizdən səyyar qaydada istehlakçılara (əhaliyə) sataraq gəlir əldə edirsinizsə, bu zaman Siz vergi orqanında uçota alınaraq VÖEN əldə etməli və seçiminizdən asılı olaraq, əldə etdiyiniz gəlirdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi və ya əldə olunan gəlirdən çəkdiyiniz xərclər çıxılmaqla qalan fərqdən vergidən azad olunan hissə (gəlirin 75 faizi) də çıxılmaqla 20 faiz dərəcə ilə gəlir vergisi ödəməlisiniz.

Əsas: Vergi Məcəlləsi, 33.1-ci, 101.3-cü, 102.1.30-cu və 101.6-cı maddələr”

Mks.az saytı: Ödəmə mənbəyində vergi tutulmasına istinad və düyün nöqtəsi

 Fikrimizcə, vergi orqanlarının Vergi Məcəlləsinə qeyd edilən dəyişiklikdə əsas məqsədlərdən biri iri dövriyyəyə malik olan kənd təsərrüfatı məhsullarının satışı üzrə vergi uçotunun təmin etməkdir. Bunun üçün iki yol müəyyənləşdirilib ki, birinci kənd təsərrüfatı məhsullarının istehsalçısının uçota alınmasını məcburiliyini təmin etmək, ikincisi də istehsalçısı kimi uçota alınmaq istəməyən vəya kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul şəxslərdən bu tip malların satışı ödəmə mənbəyindən  vergi tutulmasını təmin etməkdir.

Bu məsələyə aydınlıq gətirilməsi üçün öncə müvafiq qanunvericilk aktlarında istinad edəcəyimiz maddələri nəzərdən keçirək.

Vergi Məcəlləsinə əlavə edilən 101.6-ci maddəyə əsasən, Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (Vergi  Məcəlləsi ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Göründüyü kimi, burda söhbət yalnız kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulundan yox, ümumilikdə təqdim edənin kimliyindən asılı olmayaraq qanunun 3.5-ci maddəsindəki malların təqdim olunmasından gedir. 

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən mallar dedikdə, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:

  • kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;
  • əlvan və qara metal qırıntılarının qəbulu;
  • utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;
  • utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu.

Vergi Məcəlləsinin 106.1.14-cu maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə azaddır.

Vergi Məcəlləsinin 150.1.14-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsinə görə (Vergi Məcəlləsi ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar  ödəmə mənbəyində vergini tutmağa borcludurlar.

Gördüyünüz kimi “Nağdsız hesablaşmalar haqqında” Qanununun 3.5-ci maddəsində göstərilən dörd növ malın ücü ilə bağlı ödəmə mənbəyindən verginin tutulması ilə bağlı problem yoxdur. Yeganə mürəkkəb prosedur məhsulun kənd təsərrüfatı məhsullarının istehsalçılarından, yoxsa vasitəçilərdən alınmasının ayırd edilməsilə bağlıdır. Bu, çox vacib məsələdir, çünki vergi ödəyiciləri tərəfindən kənd təsərrüfatı məhsullarının alınması zamanı etdikləri nağd ödənişlərin elə həmin qanunda nəzərdə tutulan 30 minlik və 15 minlik limitdə nəzərə alınıb-alınmamasına birbaşa dəxli var. Qanun 3.5-ci maddədə nəzərdə tutulan malların alışları müqabilində edilən nağd ödənişlərin adıçəkilən limitdə nəzərə alınmamasını təsbit edir. Sadə şəkildə desək, bu alışlara ödənilən nağd məbləğlərlə bağlı vergi ödəyicilərinə limit tətbiq olunmur. Ona görə də vergi ödəyicisi aldığı kənd təsərrüfatı məhsullarını kimdən aldığını (istehsalçıdan, yoxsa vasitəçidən) uçotunda əks etdirməlidir. Çünki vasitəçidən alınan məhsula görə ödənən məbləğ limit daxilində olmalıdır. Bu da son dəyişikliklərin tətbiqində yaranacaq düyün nöqtəsidir.

Vergi ödəyicisinin kənd təsərrüfatı məhsulu aldıqda sənədləşmə problemi

 Nağd alışa məhdudiyyət qoyulmayan kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu zamanı ödəmə mənbəyində vergi tutulmasına vergi orqanlarının yanaşmasından belə aydın olur ki, kim istehsalçısıdırsa, bu faktı təsdiqləyən sənəd təqdim etməlidir. Qeyd edək ki, vergi güzəşti dairəsinə aid olan kənd təsərrüfatı məhsullarının istehsalçıları gəlir və xərclərinin uçotunu aparmağa və vergi orqanlarına dövri olaraq hesabat verməyə borcludurlar. Ailə kəndli təsərrüfatı qrupuna uyğun gələn kənd təsərrüfatı məhsullarının istehsalçıları da bələdiyyə orqanlarında uçota durmalıdırlar.

Ona görə də vergi ödəyicisi kənd təsərrüfatı məhsullarının qəbulu zamanı ödəniş  edərkən, ondan ya ciddi hesabat blankı olan kassa mədaxil orderi, ya da “Ailə kəndli təsərrüfatı haqqında” qanunun tələblərinə uyğun olaraq, bələdiyyələr tərəfindən ailə kəndli təsərrüfatının üzvlərinə verilmiş, onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqəni tələb etməlidir.

Belə görünür ki, vergi orqanları qeyd olunan sənədi təqdim etməyən istehsalçılardan kənd təsərrüfatı məhsullarının qəbulu zamanı ödəmə mənbəyində 2 faiz verginin tutulmasını malları qəbul edən vergi ödəyicilərindən tələb edəcəklər. Əks halda vergi qanununvericliyinin tələblərinə uyğun olaraq vergi orqanları tərəfindən onlara qarşı maliyyə sanksiyasının tətbiqi qaçılmaz olacaq. 

Yekun olaraq bildiririk ki, məsuliyyət vergi ödəyicisinin üzərində qalır: Vergi ödəyicisi Kənd təsərrüfatı malları alarkən kənd təsərrüfatı istehsalçısı olub-olmamasını dəqiqləşdirilməli və düzgün sənədləşmə aparılmaqla müvafiq hallarda ödəmə mənbəyində verginin tutulmasını təmin etməlidir. Bundan əlavə, vergi ödəyicisi həm də vergi istehsalçısı olmayan şəxsdən kənd təsərrrüfatı malları aldıqda Qanunun nağd limit tələbii gözləməlidir. Cünki ödəmə mənbəyindən verginin tutulmaması vəya "Nağdsız hesablaşmalar haqqında" AR Qanunun tələbinin pozulması hallarında maliyyə sanksiyasına məruz qalmasın. 

 Mks.az saytı qeyd edilən məsələ ilə Vergilər Nazirliyinin məsul şəxslərinin və vergi məsələləri ilə məşğul olan ekspertlərin fikirlərini dərc etməyə hazırdır.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

4 Komment

  1. Pərvin Bayramov 30 Yanvar 2019

    Vergilər Nazirliyinin verdiyi bu cavabla razı deyiləm. Ümümiyyətlə maddələr bir-birinə ziddiyət təşkil edir. Vergi Məcəlləsinin 13.2.27-ci maddəsində Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Buna kim nəzarət edə biləcək? Hər kəs gedib bələdiyyədən bir sənəd alacaq və vergi orqanında göstərək. Bu düzgün proses deyil.

  2. tofiq humbatov 01 Fevral 2019

    Hörmətli izləyicilər qeyd olunan fikirlərimi Vergi Məcəlləsinin tələblərini əsas götürərək izah edim. İlk növbədə vergi ödəyicisi kimdir. VM-nin13.2.4. Vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. Bəs vergitutma obyekti nədir. VM-nin 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Ticarət əlavəsi anlayışı VM-nin 13.2.64. ticarət əlavəsi – malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərq; Gəlir anlayışı 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergi ödəyicisinin vəzifəsi 16.1.2. vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq. Həmin Məcəllənin 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Göstərilən maddələrdən belə aydın olur ki, kənd təsərrüfatı məhsullarının alqı satqısı ilə məşğul olan şəxslərdə vergi verib – verməməsindən asılı olmayaraq uçota alınmalıdırlar. Vergilər nazirliyinin izahından belə çıxır ki, kənd təsərrüfatı məhsullarının alqı satqısı ilə məşğul olan şəxslər əhaliyə mal satanda uçota alınmalı, ancaq vergi ödəyicisinə satanda vergi uçotuna alınmaya bilər. Ancaq bunun izahı Məcəllənin heç bir maddəsində göstərilməyib yəni vergi ödəyicisinin istəyindən aslı olaraq uçota alınmaya bilər. Mən bu izahda VN şərhi ilə razılaşmıram. VM –nin 150.1.7. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar. Buradan görünürki yalnız iş və xidmətlərdən ödəmə mənbəyində vergi tutulur. VM 150.1.14. vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsinə görə (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsinidə dəfələrlə təkrar olunub ki hansı gəlirlər nəzərdə tutulur. VM edilmiş dəyişikliyə görə 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmalıdır. Kənd təsərrüfatı məhsullarının istehsalçılarıda vergidən azad olmasına baxmayaraq uçot aparilması nəzərdə tutulur. Göstərilənləri nəzərə alınmasını xahiş edirəm.

  3. mikayl 02 Fevral 2019

    MARAQLIDIR BES BU KEND TESERUFFATI MALIN SATAN VOEN OLMAYAN (ISTEHSALCI YA VASIDECIDEN) 2% BASQA SOSIAL SIXORTA HAQQI DSMF TUTULUR.O OLSA ONDA MUFLIS OLUB GEDAR...EGER TUTLURSA HANSI QAYDAYA UYXUN...14.5.1. sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında; (2020-ci il yanvarın 1-dən qüvvəyə minir) 14.5.2. mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla - gəlirlərinin 25 faizi miqdarında;...

  4. umud 09 İyul 2020

    biz bir neferden invertar aldiq ,bazar akti tertib etdik,ona 14 faiz hesablandi...axi men bilin 14 faiz voen olmayib xidmet gosterdikde hesablanir ustelik 25 dsmf ..ama mal mastiqda 14 faiz olmamalidir.ama elekrton sistem hesablayib niye?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər